Page 71 - "Yeni söz"
P. 71
ə bilməyən adamın şeiri... Cəlil Cavanşir. Şeirlər

Hara çıxıb gedəsən?
Getməyə yer də yoxdu...
Vida etməyə adam,
Sıxmağa əl də yoxdu...

Daha yazmaq da olmur bu boyda tənhalığı...

Bir az can sıxıntısı
Bir az nigarançılıq
Ürəyim boş, əlim boş
ağlayıram, susuram
Qapı zəngi çalınır, pəncərəyə qaçıram.

Daha darıxmaq olmur, adam kimi darıxmaq...

Mayın tam ortasında üşüyürəm, donuram.
Sıxır məngənəsində məni soyuq divarlar.
Bu qapının o tayı günəşlidir, istidir.
Hardasa çox uzaqda öləziyən ümid var.

Ən böyük faciədir kişi ümidsizliyi...

Sən sonuncu ümidsən
Bu yadlar arasında
Bircə dəfə “getmə” de, qalım birgə yaşlanaq.

Bircə dəfə dilindən gözəl səslənsin adım.
Yaxşı xatırlayıram sonunucu gedişimi,
Pencəyimi götürdüm, getdim və qayıtmadım...
Bax, getsəm, bu küçələr səni darıxdıracaq...

71
   66   67   68   69   70   71   72   73   74   75   76