Page 74 - "Yeni söz"
P. 74
nc yazarların ədəbiyyat almanaxı

Şairin gecə ayini

Gecənin içindəki işığa dikilir baxışlarım – yorğunam, sərsəriyəm
şeirin üstünə yeriyirəm
gecəni udum-udum içirəm
sabahın adamsızlığına gedirəm
And olsun qaranlığa ki,
yalan danışdığını bilirəm…
Ulduzlar qədər uzaqsan və mən səni sevirəm…
Qutudakı son siqaretə uzanır əllərim,
Qutudakı son kibrit dənəsini yandırıb, qaranlığa atıram.
Alışır gecənin bağrı, gecəyə od vururam.
Qaranlığın alışan bağrında bir siqaret yandırıb, bir içki süzürəm
özümə
bir udum soyuq içirəm, bir udum gecə içirəm, bir nəfəslik işıq
çəkirəm ciyərlərimə
sənə durmadan zəng edirəm,
sənə durmadan zəng edirəm

74
   69   70   71   72   73   74   75   76   77   78   79