Page 78 - "Yeni söz"
P. 78
nc yazarların ədəbiyyat almanaxı

Marsın hikkəsindən alışan qadın
Sən, ey saçlarını
Afinanın daradığı qadın
Sən, ey Zevsin yerə enib aradığı qadın...
Yola çıxmışam
Tanrıların savaşdığı oraya...
Troyaya...

Mariya Antuanetin göz yaşları

Nə qədər qəribədir
İnqilabın bir qadın başına möhtac olmağı
Üsyanlar, şərqilər, adamlar, edamlar...
Sonunda bir qadının göz yaşına möhtac olmağı...

Ra xəcalətindən əriyib
içindəki günəşə qarışmışdı o gün
İnqilabçılar bir qadını gilyotinə
sürükləmək üçün yarışmışdı o gün
Bu səhnəni çiyinlərinə yazmamaq üçün
Qaranlıqla işıq da barışmışdı o gün...
Bir topa bulud haray çəkib
Özünü ağacların dibində gizlətmişdi o gün
Kişilər şəxsiyyətlərini soyunub
Qadınlarının cibində gizlətmişdi o gün
Yalnız için-için ağlayan şahzadə Fersen
Bitməz iztirabı qəlbində gizlətmişdi o gün

Və Mariya Antuanet
Dəmir pərdə enmədən sonuncu teatra baxmaq üçün
Tarixin bağışladığı qan qırmızı boyunbağını taxmaq üçün
Gözləri inqilabdan kor olmuş bir sürü axmaq üçün...
Gözəlliyinə əbədi niqab endirir sonsuzluğa axmaq üçün...

78
   73   74   75   76   77   78   79   80   81   82   83