Page 80 - "Yeni söz"
P. 80
nc yazarların ədəbiyyat almanaxı

Müəzzin “Allahu Əkbər” deyən kimi
O qadının gözlərində ölməyə yeri versin...

O şəhərə deyin ki...
Gün doğumuna qədər
Bir körpə dodağını döşünə sıxıb yatsın
O şəhərə deyin ki,
Gün doğumundan sonra
Bütün kədərləri atsın, atsın...

O şəhərə deyin ki,
Savaşdan dönən əsgərə
Qapanmağa ayaq yox idi
O şəhərə deyin ki,
Neçə dəfə ölmək istədi
İpini bağlamağa dayaq yox idi...

O şəhərə deyin ki,
Ağlamaqla bədəni qurudub ölmək
Ölmək istəməyənin intiharıdır
O şəhərə deyin ki,
Dünən sevginin öldüyü gün
Sabahkı sevginin baharıdır

Kibrit qutusundakı ürək

tək-tənha bir gecədə
tək-tənha bir küçədə
çıxar ürəyini kibrit qutusundan
ulduzlara sürtüb də yandır
səhər günəşi utansın doğduğundan...

80
   75   76   77   78   79   80   81   82   83   84   85