Page 81 - "Yeni söz"
P. 81
ar məni görməyə... Dilqəm Əhməd. Şeirlər

(Vaqif Səmədoğluna)
Divarda kəfgirli saat, saat içində sirli həyat
Əlimdə qadın fotosu, burnumda onun qoxusu
Ölüm yaman tələsdirir, sözüm də keçmir ürəyə
Eh, yenə də ümidliyəm:
Bəlkə, məni görməyə, qəfil dönər geriyə.
Saat 20:30-dur, həyat, sən demə, budur:
İllər yelqovan kimi yaşamını hey udur
Əqrəbi çək, mili qır, tez ol, həyatı durdur
Birdən acığa düşər:
Bahar məni görməyə, qəfil dönər geriyə.
Bu sevgi intəhasız, sonu yox, ünvanı yox
Saçlarım bəyazlanıb, damarımın qanı yox
Gözümü yummuram ki, ölümün amanı yox
Mələk də hey karıxıb:
Birdən məni görməyə, qəfil dönər geriyə.

81
   76   77   78   79   80   81   82   83   84   85   86