Page 206 - "Yeni söz"
P. 206
nc yazarların ədəbiyyat almanaxı

Saçların dünyanın ən gözəl çiçəkləridir
qəbrimə qoyulan!
İndi bu dəqiqə heç kimi, heç nəyi istəmirəm!
Bir nağıl danış, üşüyürəm!
Deyirlər, adamlar öləndə üşüyür,
Qorxuram...
Başımı sıx sinənə, torpaq kimi ört məni
Ana, ver əllərini...
Gördüm, qorxdum ilk dəfə ölümdən!
Ölmək – bir səs kimi, söz kimi gözəldir
Amma ən pis ölüm ana kimi ölməkdir!
Bilirəm, analar yaşatmaq üçün yaranıb
Ölən uşaqlığımın xatirəsini yaşat
Ən sevdiyin ölünün xatirinə!

Günah

Dua etmək istərəm, əl açmağa gücüm yox.
Yalvarmağa sözüm, göyə baxmağa üzüm yox.
Qopardım qaranlıqda salxımı, işıqda baxdım üstündə üzüm
yox.
Neyləyim ki, mən günaha girməyim, günah mənim cibimdədir
Mən cibimdə yaşayıram, günahımın qucağında
Dəyişibdir artıq dövran
Sevməyə mələk qalmadı, söyməyə şeytan
Mələyi də, şeytanı da udubdu insan.
Günah edirəm, bəlkə, savab bacarmıram
Bəlkə, yüküm ağır olmasın deyə o dünyaya savab aparmıram.

206
   201   202   203   204   205   206   207   208   209   210   211