Page 204 - "Yeni söz"
P. 204
nc yazarların ədəbiyyat almanaxı

Verilər nəfəs
Hansı sonuncudur, sən bilməzsən!
Nəfis yorğun, təngnəfəs
Qucaqlamaq istəyərsən
Üşüdüklərini qucaqlamaq!
Salamlar!
Sağ və solda uyuyar qazilər
Əskikdir qollar, gözlər, əllər
Əllər, görəsən, dəyişibmi?
Nişanlının əlləri, onun əlləri necədir?
Ayaqlar...
Elmanın ayaqları
Bıçaq kimi kəsər düşüncəni, arzunu, kəlamı
Onun ayaqları ermənidə qaldı
Çırpındı, çırpındı, qaldııı...
Dırnaqlarınızı bərabər tutmuşdunuz dünən
Elmanın ayaqları...
Gözlərindən süzülər
Dodaqlarından axar dua
“Hara gedirsən” deyə soruşmuşdun
Gülmüşdü: “Ayaqlarım hara, başım da ora”
Lənət şeytana, bəzən...
Bəzən insanın başı ayağı gedən yerə gedə bilməz
Sən bilirsən, kəfəni geyməyən ölə bilməz
...
Axar
Axar...
Axar...
Allahu Əkbər
Allahu Əkbər
Allahu Əkbər!

204
   199   200   201   202   203   204   205   206   207   208   209