Page 207 - "Yeni söz"
P. 207
üm kimi Mirbəhram Əzimbəyli. Şeirlər

Mən özüm kimi olmaq istədim, qoymadılar.
Yerişimə, baxışıma, gözümə, sözümə
söz dedilər tanımadığım qohumlarım, dostlarım.
Keçmədiyim yollarda yaşlandırmaq istədilər məni.
Az qala Allah olub məni təzədən yaratmaq istədilər,
Anam olub doğmaq istədilər məni.
Bəyənmədilər, dəyişmək istədilər səsimi…
Milçək kimi vızıldadılar, ilan kimi fısıldadılar
Köhnəlmiş ruhları geyindirmək istədilər bədənimə.
Bildilər ki, sevirəm dənizi,
Dalğa olub boğmaq istədilər məni.
Gördülər əllərimin arasında əllərini,
Gördülər o dünya boyda gəlinliyini,
Gördülər bu dünya boyda kəfənimi,
Yandırdılar bizi məhəbbətimizin atəşində.
Külümüzdən alovlandıq, günəş olduq, ay olduq,
Ruhumuza, bədənimizə tay olduq,
Bax bu misralarda üzən çay olduq

Evim

Bakıda 4:39, Ankarada 2
Adamlar aclıqdan ölmürlər, canım!
Amma darıxmaqdan ölürlər, məsələn, çörəkdən, sudan ötrü...
Darıxma, gülüm!
Göyərçinləri əzizlə, qanadları öp!
Səni təyyarə qədər sevdiyimi xatırla
Darıxma!
Darıxma!
Darıxma!

207
   202   203   204   205   206   207   208   209   210   211   212