Page 203 - "Yeni söz"
P. 203
şasızlığıma Mirbəhram Əzimbəyli. Şeirlər

Uzaqda
Səngər dayaz, baş uca
Uzaqda
Bu sübh namazında
Hər səcdə başqa bir ümid:
– Sağsan!
Ölümlə səni ayırar addımlar,
O, şahdamarından da yaxın
İlk güllə ilə bərabər açılar “Allahu Əkbər”.
Başının üstündə ölüm rəqsini edərkən
Kəpənək qəlpələr
Qunut tutduğun əllərinə qonar
Ananın bəslədiyi o ac göyərçinlər
Zaman gözüyaşlı itkin bir uşaq
Sahibi üçün ağladıqlarında axarsan
Ruku...
Səcdə...
Həmin ümid:
– Sən... yenə də sağsan!
Başını qoyarkən möhürün üzərinə
Yadına düşər minaya düşən dostların
Nicat, Elçin, Ələkbər
Bir də başsız Hüseyn
Təşəhhüd...
Yenə “Allahu Əkbər”
2 rükətdir:
Nəfəs alınar

203
   198   199   200   201   202   203   204   205   206   207   208