Page 201 - "Yeni söz"
P. 201
n bir köhnə evsən indi Məhəmməd Turan. Şeirlər

Sən bir köhnə evsən indi
Yox sahibin, yoxdur yiyən.
Heç olmasa ərk eləyib,
Arada qapını döyən.

Sən bir köhnə evsən indi,
Yoxdu pəncərəni silən!
Hərdənbir sərçələr olur,
Kövrəlmiş gözünə gülən.

Sən bir köhnə evsən indi,
Xatirələr məzarısan.
Toz-torpaqdan bezməmisən,
Təkliyinin bezarısan.

Sən bir köhnə evsən indi
Qəmdən savayı, nəyin var?!
Bu yollara kölgə salır
Qəlbinə çəkilən dağlar.

Sən bir köhnə evsən indi
Sən keçmişin harayısan.
Küsmə yenə taleyindən,
Bayquşların sarayısan!

201
   196   197   198   199   200   201   202   203   204   205   206