Page 197 - "Yeni söz"
P. 197
n buludların oğluyam... Məhəmməd Turan. Şeirlər

İndi bir “ah”lıq canım var
Nəfəs ciyərimdə sürgün...
Azalıram bir az, bir az
Yox oluram hər gün, hər gün...

Gözlərimdə qalan günlər
Bir-bir düşdü gözlərimdən...
Yığılan qəmim, qəhərim
Daşmır, daşmır gözlərimdən!

Gözümdə həvəsmi qalıb
Bir daşı daş üstə qoyam?
Əllərimdən göy yapışıb,
Mən buludların oğluyam...

Yoxluğun yaxın mənə...

Həsrətin yeddi arşın,
Yoxluğun yaxın mənə.
Bir eşq duasına dön,
Astaca oxun mənə.

Mən yorardım yolları
Bu dərd məni yormasa.
Arada zəng et barı,
Sevinim heç olmasa.

197
   192   193   194   195   196   197   198   199   200   201   202