Page 187 - "Yeni söz"
P. 187
a onun səsi laldı, bilirsən, Leyla Əliyeva. Şeirlər
O səs cavab vermir sənə heç zaman.
Qəlbində əriməz buz parçasıyla
Yalqız qalmaq üçün sən doğulmusan.

Bu dərdli, bu ürkək baxışlarınla
Gəlmisən dünyaya bil ki, təkliyə.
Kiçik əllərinlə sığal çəkirsən
Hər an yanındakı körpə mələyə.

İnanmıram

Yenə yara vuruldu
Ruhum soluxdu gültək.
Qırıq misralarımın
İçindən düşdü ürək…

Ürəyim qaya kimi
Çırpıldı uçrumlara.
Sən ruhuma rəhm elə,
İlahi, qaçım hara?

Aylardan, ya günlərdən
Güclü olurmu heç an?
Olur… çünki geriyə
Dönmür o an heç zaman.

Bu nə gülüş səsidi?
Bu təbəssüm nə gizlər?
Mənim bu ruhum təki
De, varmı incəliklər?

187
   182   183   184   185   186   187   188   189   190   191   192