Page 189 - "Yeni söz"
P. 189
im, bir az ağlayım Leyla Əliyeva. Şeirlər

Gedim, bir az ağlayım.
Elə belə, bir azca…
Ürəyimi gizlədib yastıq altda saxlayım.
Yoxsa çölə tullayım?
Yox, gedim mən ağlayım.
Bəlkə, onu bağımıza aparım?
Yoxsa atım dənizə, dalğalarda azdırım?
Bəlkə, küləyə verim, aparsın onu məndən?
Yoxsa ləkdə basdırım, çiçək bitirsin hərdən?
Axı demir o mənə, nədən deşir sinəmi?
Əkim onu dibçəkdə, bəlkə, bitdi gül kimi?..
Bəlkə, futbol oynayan uşaqlara top gərək?
Götürün, bu da ürək!
Yoxsa qonaqlar gəlsin, vaxtı hədər verməyək?
Bolluca şərab içək, qoy qəlbimdən dadsınlar,
Didib yesinlər onu mərhəmətli qonaqlar.
Axı deyə bilmədi bu rahatsız ürəyim
Mən – yazıqdan nə umar?..

Mən qəlbimi satıram! Bazar piştaxtasında!
Buyur, götür, ay adam, sən onu pulsuz apar!
İçi tikan-tilişkə, amansız qasırğalar…
Canımı ondan qurtar!

Yağışlı havalarda çətirimi açmaram,
Qoy bu rahatsız qəlbim yağışlar altda qalsın.
Bəlkə, bir az toxtasın...
Ağrısını, qəmini sular yuyub aparsın.

Gecənin səssizliyi, tənhalıq dolu kədər…
Qəlbimlə baş-başayıq sübhün sonuna qədər.
"Onu məndən qoparın"! – sübh açılınca dedim.
Bilmirəm, niyə onu sənə bəxşiş vermədim?

189
   184   185   186   187   188   189   190   191   192   193   194