Page 183 - "Yeni söz"
P. 183
xdandır yorğun təbəssümlər ayıdır, Qismət. Şeirlər
ödənişli səadətlər həftəsi.
İndi onun fikrincə,
dostların yarısı xərçəngdən gedib,
yarısı təkəbbürdən…
İndi o bilir ki,
mövsümlərin dəyişməsini çiçək dükanları,
yolların uzunluğunu siqaret qullabları ilə ölçdüyü adam
meşələrin birində ağaclara qonşudu.
Axşamüstü saat beş radələrində,
bir adam mövsümləri masasındakı
təqvim yarpaqlarından cırıb atmağa başlayır.
Bir azdan tanış küçələrdən birində,
əlləri ciblərinin,
gözləri eynəyinin dərinliyində çırpınarkən,
başını qaldırıb buludlara baxacaq və gülümsəyəcək.

183
   178   179   180   181   182   183   184   185   186   187   188