Page 123 - "Yeni söz"
P. 123
n Fərid Hüseyn. Şeirlər
Mən Həvvanın dişlədiyi almayam,
səadətim Adəmə uzadılmaqdı.
Bəlkə də, xoşbəxtlik cənnətdə qoşa qarımaq deyil,
cənnətdən qoşa qovulmaqdı.
Mənim ürəyim Nuhun gəmisidi:
Bir sənin ağrıdan, bir öz ağrımdan var orda –
Gözlərinə mil çəkilmiş yaddaşım çevrilib baxır,
sənli günlərin sulara qərq olmağına...
Mən çarmıxa vurulan mismar səsiyəm,
yüyürürəm son nəfəsimin üstünə...
Daşlaşmış günahlarımdan götürüb
içimdəki şeytanı daşlayıram...
Nəfəsimin ən gözəlini
oğlumun şarını doldurmağa saxlayıram...
123
Mən Həvvanın dişlədiyi almayam,
səadətim Adəmə uzadılmaqdı.
Bəlkə də, xoşbəxtlik cənnətdə qoşa qarımaq deyil,
cənnətdən qoşa qovulmaqdı.
Mənim ürəyim Nuhun gəmisidi:
Bir sənin ağrıdan, bir öz ağrımdan var orda –
Gözlərinə mil çəkilmiş yaddaşım çevrilib baxır,
sənli günlərin sulara qərq olmağına...
Mən çarmıxa vurulan mismar səsiyəm,
yüyürürəm son nəfəsimin üstünə...
Daşlaşmış günahlarımdan götürüb
içimdəki şeytanı daşlayıram...
Nəfəsimin ən gözəlini
oğlumun şarını doldurmağa saxlayıram...
123