Page 128 - "Yeni söz"
P. 128
nc yazarların ədəbiyyat almanaxı

***
Yay gəlsə, yelləncək asacaqdıq
özünü asmasaydı həmin budaqdan uşaqlıq dostum...
Sonra... ağac da qurudu...
mənsə elə bilirdim, ağaca fərqi yoxdu
budaqlarından asılan beşikdi, yoxsa adam!
Gedəcək yer də qalmadı
kibrit qutusundakı cırcırama kimiyəm indi
şehli bağayarpağı
heç arasındakı yaşıl qurbağaları da sevindirmir...
Kəsilmiş qadın saçları qədər sahibsizəm, olsun,
indi mən
gələcəyin keçmişə uduzduqlarıyam.
indi mən gələcəyin ən doğma uzağıyam...
təkcə
uşaq salan qadınlar anlayar məni
onlar bilər necə olur boşluğu qucaqlayıb yatmaq
ən arzuladığını içindən atmaq...
Qurbanıyçün darıxan qatil yalnızlığıdı mənimki
Bir az da
yad dildən çevrilmiş şeir kimiyəm
yəni əslində bu deyiləm...

128
   123   124   125   126   127   128   129   130   131   132   133