Page 126 - "Yeni söz"
P. 126
nc yazarların ədəbiyyat almanaxı

***
Hər sevdiyimdə tərk edildim
ya doğru sevə bilmədim, ya da doğru adamı...
və bütün ayrılıqlarımın acısını anam çəkdi.

Məndən ayrılıb gedən hər kəs
anamdan rahatlıq apardı özüylə
Hər şeydən uzaqlaşıb, hamıya yadlaşdıqca
bir Allah bildi anamın nələr çəkdiyin...

Lütfən, bu dəfə sevəcəyim kəs,
ya gedərkən məni də apar
ya da elə ayrılıb get ki,
anamın xəbəri olmasın...

***
Müharibədə ata-anasını itirmiş uşaqlar
Günəşə baxıb gülümsəyəcəklər bir gün
...bütün mərmilərə inad...

Əri çıxıb getmiş o qadın da
yığacaq gözünü yollardan
gətirib güzgülərdəki boşluqlara atacaq...

Bilirəm, çıxacaq divardakı bu fotodan darıxqan qağayılar
haçansa
dənizə tərəf uçacaqlar...

Onda evim olacaq mənimdə


126
   121   122   123   124   125   126   127   128   129   130   131