Page 121 - "Yeni söz"
P. 121
san Fərid Hüseyn. Şeirlər

İnsan böyümür ki,
bələyi böyüyüb kəfən olur.

İnsan çətinə düşmür ki,
sevdikləri fələk olur.

İnsan ağlamır ki,
gülüşü hönkürür.

İnsan ölmür ki
torpaq anaya dönür.

Məndən qəhrəman olmaz

Bəlkə də, insanlar ağlamırlar,
insanlar ağlayanda axtarırlar:
özlərini, itirdiklərini,
göz yaşının küçələrində.
İçəndə daha çox yadıma düşürsən,
sevəndə və sərxoş olanda ağlımız başımızda olmur.
Xəstə dostuma xəstəliyinin adını deyə bilməyəndə,
anladım ki, yumruğum qəzəbimin ifadəsi deyil,
məndən qəhrəman olmaz...

Ayağım ağrısını unutmur,
ürəyim səni.
Hərdən evlənmək haqqında düşünürəm,
evlənmək “ev olmaq”dı,
evlənmək həyatı birləşdirir, deyirlər,
əslində evlənmək ömrü parçalayır:

121
   116   117   118   119   120   121   122   123   124   125   126