Page 119 - "Yeni söz"
P. 119
mədiyin qadınla Fərid Hüseyn. Şeirlər

Sevmədiyin qadınla bir damın altında yaşamaq,
nə onu aldatmaqdı, nə də özünü.
Sevmədiyin qadınla bir damın altında yaşamaq,
sevgidə zibillik kimi eşələnməkdi,
yemirsən, amma nəsə axtarırsan orda.
Sevmədiyin qadınla bir damın altında yaşayırsansa,
deməli, taleyindən Həmzə Qır atı qaçırıb.
Sevmədiyin qadınla bir damın altında yaşayırsansa,
axşamlar evinin qapısını tabut ağzı kimi açırsan,
və hələ taleyin tərs üzü kimi uşaqlar da varsa,
deməli, içindəki bütün sevincləri yağmalayıblar.
Sevmədiyin qadınla yaşadığı evə gəlmir kişi,
öyrəşdiyi dərdlərin tüstüsünə gəlir hər axşam.
Sevmədiyin qadınının açdığı süfrədə limonadlar da şərab kimidi –
kişi öz bədbəxtliyindən sərxoş olur.
Sevmədiyin qadınla bir damın altında yaşamaq püşkünə düşübsə,
evdə uşaqlar,
həyətdə ağaclar.
dibçəkdə güllər də
gec böyüyər,
bütün anlar zamana çevrilər.
Sevmədiyin qadınla bir damın altında yaşayırsansa,
rus bazarlarındakı saxta çeçen dolları kimi olarsan,
əldən-ələ, dildən-dilə düşə-düşə xərclənərsən.
Sevmədiyin qadınla bir damın altında yaşayırsansa,
sənə yenidən doğulmaqdan özgə çarə qalmır.

119
   114   115   116   117   118   119   120   121   122   123   124