Page 127 - "Yeni söz"
P. 127
tbəxdən başlayacam unutmağa səni Fəridə Məmmədova. Şeirlər
ən əvvəl yağı unudacam ocaqda
sonra dəmi...
bu otağa niyə gəlməyimi...

...ya da çörək almamış qalxacam evə ...

Nə qədər ki, atamı ayaq səslərindən,
anamı nəfəsindən tanıyıram – hələ vaxt var
incit məni bir az daha
noolar, bircə tez unudulma....

***
Bir cüt qağayıya dönsə əllərim
uça bilsə sənə tərəf indi
elə indi...

Ya da ay olsam gecələr
yaşasam gözlərinin quyusunda
heyif ki,
dərinlər yaşamaqçün deyil, sevgili,
dərinlər boğulmaq üçündü.

Tanımadığın ünvanı göstərən
tanımadığın insan qədər güvən mənə
demirəm ki, gözlə, işıq var qaranlıqların ardında
gedək, deyirəm, sevgili
gedək
baxaq nə var orda...

127
   122   123   124   125   126   127   128   129   130   131   132