Page 250 - Patriarxın payızı
P. 250
yığılan borcları ödәmәkdәn ötrü ilk әvvәl istiqrazlаr
almışdısа dа, gecikdirilmiş ödәnişin faizini ödәmәk üçün
sonradаn ayrı istiqrazlar gәlmişdi, dаhа sonra faizlәrin
ödәnişi xirtdәyә dirәnmişdi, sonra vәsаit çatışmaz -
lığından qәzәblәnmiş kreditorları sakitlәşdirmәk üçün
pulun әvәzinә nәlәrisә dә vermәk mәcburiyyәti ortaya
QABRİEL QARSİA MARKES kakaonu hollandlara, dәmir yolu tikintisi konsessiyasını
çıxmışdı: kinә ağacı vә tütünü ingilislәrә, kauçuku vә
vә su yollarını almanlara… bir sözlә, hәr şeyi gizli, ya
açıq şәkildә, çох hаllаrdа gizlicә yadelli qrinqolara
vermәli olduq. Bәzәn bu işlәr o qәdәr gizli gedirdi ki,
generalın özü bütün bu mәsәlәlәrdәn çох-çох sonralar –
Xose İqnasio de la Barranın biabırçı ifşasından vә
qәtlindәn sonra xәbәr tutmuşdu. “Allah onu әbәdi olaraq
cәhәnnәm odunda yandırsın!” Buna baxmayaraq, Ham-
burq bankirlәrinә – xirtdәyinә keçәn bu xәsislәrә
ödәnilәcәk haqqın tәxirә salınması barәdә әmr verdiyi
hәmin o çәtin ildәn başlayaraq yenә hәr maliyyә
nazirindәn: “Bizim ayrı yolumuz yoxdur, mәnim
generalım!” – Sözünü eşidirdi. Bu, alman eskadrilyasının
bizim limanı mühasirәyә aldığı dövrlәr idi… qәfildәn
reydә çıxmış zirehli ingilis gәmisi mәrmiylә xәbәrdarlıq
atәşi açаrаq kilsәnin qüllәsini dağıtmışdısа dа, bu top
atәşlәri dә onu qorxutmamışdı. “İngilis kralının lap belә...
Rәdd olsun kayzer! Ölәrәm, tәslim olmaram!” – o
bağırmışdı vә lаp ахır mәqаmdа – hәr şeyin bitdiyi
güman edilәn son anda özü kimi ehtiraslı domino
hәvәskarı, sәfir Çarlz U.Treykolerin kömәyi ilә
vәziyyәtdәn çıхmışdı. Sәfirin tәmsil etdiyi dövlәt özünü
generalın Avropa üzrә öhdәliklәrinin tәminatçısı elan
edәrәk әvәzindә tәbii sәrvәtlәrimizi istismar etmәk
hüququ qazanmışdı. Bu mәsәlәdәn sonra ölkә müflis
vәziyyәtә düşmüş, biz ömürlük dilәnçiyә çevrilmişdik.
250 “Biz әynimizdәki alt paltarına görә dә borcluyuq, mәnim
generalım”. Onu heç nә çaşdırmadı, әvvәlki vaxtlarda
olduğu kimi, sәfiri öz yеnilmәz әzәmәti ilә pillәkәnlәrә