Page 249 - Patriarxın payızı
P. 249

PATRİARXIN PAYIZI

          oldum. Оnun ölüm xәbәrini eşidәnәcәn – bütün hәyatım
          boyu, uzun-uzadı darıxdırıcı, miskin illәr ağuşunu xatır -
          ladıqca gündә yüz dәfә ölüb-dirilmәyimdәn – bu dünyada
          ondan yaxşı kişinin оlub-olmadığını sınаyıb hәr qarşıma
          çıxanla yata-yata bir insan kimi hamıdan üz çevir -
          mәyimdәn xәbәrsiz öldüyünü eşidәn günәcәn elә orаda
          da qaldım. Vәtәnә qocalıb-qartımış vәziyyәtdә, müxtәlif
          kişilәrdәn doğduğum bir düjün uşaqla, onun ölüm
          ayağında dumanlı xatirәlәrlә dә olsa mәni xatırlayacağı
          ümidi ilә qayıtdım...” Lakin general onu fermanın pәn -
          cәrәsindә görmәdiyi günün sәhәrisi unudub ayrı birisini,
          sonra daha bir ayrısını әlә keçirdi... belәliklә, hәr axşam
          bir-birindәn seçilmәyәn, eyni formalı mәktәbli qızlarla
          әylәndi. Qızlar bir-birinә bәnzәyirdi, böyründәn mavi
          sürüylә ötüşәndә ona iti dillәrini göstәrir, sәfir Rim -
          pelmeyerin hәdiyyә verdiyi nabat bankasına әyri-әyri
          baxıb: “Qoca kaftar!” – qışqırır, şәn-şәn gülüşürdülәrsә
          dә, o, işindәn qalmırdı, qızları tоvlаyıb bir-bir pәncәrәyә
          çağırır, әlinә keçәnin dünәnki, yaxud tәzәsi olduğunun
          fәrqinә vаrmır, hamısını dәnizçi yaxalıqlı, mavi paltarlı
          vahid canlı şәklindә görürdü; bu tәsәvvür günü-gündәn
          artıb-çoxalan borcunun әvәzinә әrazi sularının verilmәsi
          tәlәbini eşitmәk üçün оnа qrammofon ruporu bağışlayan
          sәfir Ştreymberqin zәhlәtökәn, yeknәsәq mülahizәlәrini
          mürgülәyә-mürgülәyә qulaqardına vurduğu dәqiqәlәrdә
          ruhunu şirin-şirin oxşayırdı. O bu tәlәbin mаhiyyәtini vә
          böyür-başındakıları әzbәr bilsә dә, yenә melanxolik bir
          yeknәsәqliklә: “Qәtiyyәn, әzizim Stivenson! Dәnizdәn
          başqa, nә istәyirsәn, götür!” – deyir vә güclәndiricini
          söndürürdü ki, bu metal sәs iqtisadiyyatdan az-çox başı
          çıxan iqtisadçılarının bir vахt dediyi: “Biz lütük, mәnim
          generalım, qәpiyimiz belә yoxdur”, – sözlәrini bir dә
          tәkrar elәmәsin. Amma özü dә, onsuz da, bilirdi ki,
          xәzinә bomboşdu, bilirdi ki, ehtiyatlar çoxdan dağıdılıb,  249
          ölkә borcun hesabına yaşayır, о dа yaxşı yadındaydı ki,
          müstәqillik uğrunda müharibәlәr dövründәn bu yana
   244   245   246   247   248   249   250   251   252   253   254