Page 246 - Patriarxın payızı
P. 246

çilik olаn bir yığın gül dibçәyinin sәsi gәlirdi; bunun
               аrdıncа hеyvаnlаr susuzluqdan yana-yana başlarını
               patiodakı nohura soxub оrаdаn nә qәdәr su içsәlәr dә,
               onları qovan olmurdu, çünki hәr birinin boynunda prezi-
               dent möhürünün izlәri gözә dәyirdi vә bu sәbәbdәn hamı
               оnlаrа müqәddәs canlılar kimi baxırdı; hәtta әsgәrlәr belә
           QABRİEL QARSİA MARKES  Küçәlәr isә hәmişәki şәn karnaval ovqatını, iblisanә
               qızğın alver gedәn dar küçәlәrdә onlara yol verirdilәr.


               cazibәsini çoxdan itirmişdi, buşpritlәr dövründәn bu yana
               zaman-zaman gәmirilib sınıq qabırğaya bәnzәmәyә
               başlamış şpanqout vә dorların – dәnizimiz olan vaxtlarda
               gәmilәrin az qala alver piştaxtaları arasında lövbәr
               saldığı, tәzә balıq vә tәrәvәz satılan yеrlәrin üfunәtli
               bataqlıqlarda çürüyәn lazımsız avadanlıqlar zibilliyinә
               çevril miş di.
                   …Onun prezidentliyinin ilk illәri hind bazarının
               qızğın alış-veriş gеdәn boş pavilyonlarından axan qatı
               üfunәt havadan asılı qalmışdı; sonra hindlilәr dә buralar-
               dan çıxıb getmişdilәr, ona heç “sağ ol” da demәmişdilәr.
               “Bunlara bir bax! – o onların ardınca qocasayağı, sәbirsiz
               hikkәylә çığırmışdı. – İtilin ingilislәrin yanına, onların
               zir-zibilini tәmizlә mә yә!” Hindlilәr bu sözlәri eşit -
               mәmişdilәr, lаkin onlardan sonra bazarda birdәn-birә
               tilsimli boyunbağılar, ilan zәhәrinә qarşı zәrdallar satan
               alverçilәr peyda olmuşdu; çürüntü vә zir-zibildәn
               münbitlәşmiş yaxın torpaqlarda isә bir-birinin ardınca içi
               nazik arakәsmәlәrlә bölünәn, gecә-gündüz yeyilmiş pate-
               fon vallarının zәhlәtökәn xırıltısının müşayiәtiylә
               eşqbazlıq zamanı cırıldayan çarpayıların sәsi gәlәn xırda
               komalar bitmәyә başlamışdı; hәmin о çarpayılar kilsә
               zәnglәri milli matәmin başlanmasını elan edәr-etmәz
               әsgәr silahlarının qundaqlarıyla dağıdılmışdı. Bәli, kim
               nә deyir-desin, bu, әsl matәm idi… vә kәdәr dә saxta
         246   deyil di, çünki onun uzun müddәtdәn bәri hәsrәtlә
               gözlәdiyimiz ölümü bizim özümüzdә dә bir çox şeylәr
               aşkar etmişdi. Hәr şeydәn әvvәl, onun tutulаcаğı hansısa
   241   242   243   244   245   246   247   248   249   250   251