Page 241 - Patriarxın payızı
P. 241

PATRİARXIN PAYIZI

          İqnasio Saens de la Barra sakitcә: “Qәtiyyәn, general! Siz
          hökumәt yox, hakimiyyәtsiniz!” – deyә izah edirdi.
          Axşamlar о darıxmaqdan üzülә-üzülә domino oynayır,
          tәrәf- müqabillәrinin әn usta oyunçu olmasına baxma-
          yaraq cаnınа dоlаn sıxıntıdan xilas ola bilmir, nә qәdәr
          bic fәndlәrlә üzlәşsә dә, bircә partiya belә uduzmaq ona
          müyәssәr olmurdu, naharı hәr dәfә, әn azı, bir saat ona
          görә gözlәmәli olurdu ki, nәzarәtçilәr hәr tikәnin dadına
          bircә-bircә baxmadan onu stola yaxın buraxmırdılar, gizli
          divar mücrülәrindәn içi bal dolu bankalar yoxa çıxmağa
          başlamışdı… odur ki Saens de la Barraya şikayәtlәnib:
          “Bu nеcә hakimiyyәtdi? – dеyirdi. – Mәgәr mәn belә
          hakimiyyәt deyirdim?” Saens de la Barra da cavab verirdi
          ki, ayrı cür hakimiyyәt olmur. “Olanı budur, general!”
             Bir zamanların büsatlı cәnnәt hәyatı – istirahәt
          günlәrinin şıdırğı аlvеr gеdәn bazarını xatırladan saray
          hәyatı indi letargik yuxuya çevrildi vә о, yerli radionun
          nakam sevgi barәdә hәr gün dörd saat sәslәndirdiyi ro-
          mana qulaq asmağın intizarında yeni hәyatını yaşamağa
          başladı… o, romanın hәr fәslini әlindә meyvә şirәsi dolu
          stәkan, tor yellәncәyindә uzana-uzana dinlәyir, gözlәri
          dolur, növbәti fәsil bitib-başa çatandan sonra radioro -
          manın baş qәhrәmanı olan cavan qızın ölüb-ölmәyәcәyi
          sualıyla özünü üzüb әldәn salırdı. Xose İqnasio Saens de
          la Barra onun üçün bu barәdә dә informasiya toplayıb
          xәbәr verdi ki: “Bәli, general, qız ölәcәk!” “Qoy ölmәsin,
          lәnәt şeytana! – göstәriş verdi. – Qoy bütün insаnlar kimi
          әrә gedib uşaq doğsun, sonra qocalıb ölsün!” Vә Saens
          de la Barra generalın hakimiyyәt illüziyaları rahatlığı
          üçün ssenarini dәyişdirmәyi әmr etdi. Hәmin gündәn
          sonra radioromanların qәhrәmanları onun icazәsi ol-
          madan ölmür, әsәrin keçmiş fәsillәrindә ölmüş personaj -
          lar onun arzusuyla dirilir, mәnfi qәhrәmanlar vaxtından
          әvvәl cәzalandırılır, müsbәt qәhrәmanlar xoşbәxt olurdu-  241
          lar; bütün bu xoşbәxtliklәr onun әmriylә baş tutur, bu, öz
          növbәsindә, әlәgәlmәz fәaliyyәt illüziyası yaradaraq
   236   237   238   239   240   241   242   243   244   245   246