Page 248 - Patriarxın payızı
P. 248

elә güclü ehtiras vә incәliklә әllәşdirirdi ki, bu hәzzi mәn
               bir daha heç kimdәn duymadım… barmaqları qarnım
               boyu üzüyuxarı sürüşür, aradabir, qıcolmuş kimi gәrilirdi
               vә mәn bu әllәrin altında döşümün gilәlәrinin irilib qönçә
               kimi açıldığını hiss etdim, samanlığın içindә ağnaya-
               ağnaya yad kişi tәri qoxuyan nәm köynәyә dаhа bәrk
           QABRİEL QARSİA MARKES  olmadı, samanlıqda mәni içi yemәklәr dolu zәnbillә
               sıxıldım. Daha ona sәfir Beyldriçin nabatları lazım


               gözlәyәn qәmli, lakin sağlam ürәkli bu adamın qucağında
               olmaq xoşbәxtliyini bir dә yaşamaq arzusuyla tövlәnin
               pәncәrәsindәn özüm içәri soxulurdum. О mәnim
               bәdәnimin iyini çox sevirdi, mәnә dә bu qoxunu sevmәyi
               öyrәtmişdi, iyimin yediyimiz yemәklәrә dә hopmasını
               istәyirdi… “Lәzzәtlisәn, – pıçıldayırdı, – sәnin öz şirәndә
               bişmiş böyrәklәrini tәrinin duzuna batırıb elә yeyәrdim
               ki...” O, gәlәcәyi olmayan hәr eşq axşamı bәdәnimi
               başdan-ayağa ehtirasının acı istiotuyla, dәfnә yarpaqla -
               rıy la әdviyyәlәyir, yalvarışlarının aram odunda bişirirdi;
               mәni sәxavәtlә yedirdib-doyuzdurur, özü dә yeyirdi. Son-
               ralar bu şәhvәti, bu sәxavәti heç bir kişidә görmәdim.
               Yeyib-doyandan sonra sulu, tikanlı dillәriylә bizi yala-
               maq istәyәn inәklәri qovub aradabir ürәyinin sıxıl -
               dığından hәr şeyә tüpürәrәk baş götürüb buralardan
               getmәk istәdiyindәn danışardı; özü dә bu barәdә sakitcә,
               taleyindәn şikayәtlәnmәdәn, heç nәdәn umub-küsmә dәn,
               yalnız ümidsiz bir çığırtının poza bilәcәyi tәmkinlә, elә
               bil özü özüylә danışırdı; sәsi aramlıydı, dırnaqlı bar -
               maqları yenә bәdәnimә toxunurdu; bir sözlә, mәrd vә
               yenilmәz idi – hәyatımın yeganә mәnasıydı. On dörd
               yaşım yenicә tamam olmuşdu ki, evimizә poqonlarında
               çoxlu ulduz parlayan iki hәrbçi gәldi; onlar içi qızıl
                            1
               dublonlardan şişib ağırlaş mış çamadanlarla gәldilәr,
               mәni valideynlәrimlә birgә, gecәnin bir yarısı hansısa
         248   әcnәbi gәmiyә mindirdilәr vә belәcә, qürbәtdә yaşamalı

               1  Dublon – İspaniyada qәdim qızıl pul
   243   244   245   246   247   248   249   250   251   252   253