Page 247 - Patriarxın payızı
P. 247
PATRİARXIN PAYIZI
monarx mәrәzindәn gәbәrәcәyini, dәfәlәrlә ağızdan-
ağıza gәzәn, hәr dәfә dә yalan çıxan ölüm xәbәrinin,
nәhayәt, hәqiqәt olacağını ümidsizliklә gözlәyә-gözlәyә
az qala özümüz öldük, quruyub qaxaca döndük vә indi
onun son gedişinә, bu xәbәrin yenә yalan çıxacağını
gözlәdiyimizә görә yox, ona görә inanmırdıq ki, sadәcә,
bunа daha inanmaq istәmirdik. Çünki artıq qәlbimizin
dәrinliyindә оnun ölümünü istәmirdik; biz artıq tәsәv -
vürümüzә belә gәtirmirdik ki, generaldan sonra necә
yaşayacağıq, ümumiyyәtlә, әlahәzrәtin әsaslı yer tutduğu
hәyatımız onsuz necә davam edәcәk. “O mәnim üçün hәr
şey idi… bu adam mәnә – on iki yaşlı qıza heç bir kişinin
verә bilmәyәcәyi, xoşbәxtlik bәxş etmişdi! Onu lap çox-
dan, fermanın xırda pәncәrәsindәn şorgöz-şorgöz bizlәrә –
saat beşdә mәktәb dәn qayıdan mavi paltarlı qızlara baxıb:
“Ah, anam mәnim, Bendisyon Alvarado, bu sütül
bәdәnlәr necә dә gözәldi!” – dediyi vaxtlardan yadım da
saxlamışam. Biz onun ac gözlәrini, sәfir Fourbisin gön -
dәrdiyi nabatların cingiltisini qızlara eşitdirmәk üçün içi
nabatla dolu yaraşıqlı bankanı cındır әlcәkli әlindә atıb-
tutduğunu görürdük vә çönüb qaça-qaça orаdan uzaq -
laşır dıq. Tәk bircә dәfә, heç kәsin görmәdiyini
dә qiql әşdirib oğrun-oğrun pәncәrәyә yaxınlaşdım,
nabatların sәsi çox cәlbedici idi… әlimi güllü bankaya
uzatdım, o mәnim әllәrimi möhkәmcә, eyni zamanda
incә-incә sıxdı, mәni yumşaq pәlәng tәrpәnişi ilә havaya
qaldırdı, heç bir ağrı vermәdәn pәncәrәdәn içәri elә saldı
ki, formamın bircә qırçını belә әzilmәdi; sonra mәni qatı
sidik iyi verәn samanlığa uzadıb nә isә demәk üçün
ağzını açdısa da, danışa bilmәdi, dili elә bil damağına
yapışmışdı… elә bil mәndәn çox qorxuya özü düşmüşdü,
ürәyi elә vururdu, hәr döyüntüsü sinәsinә yapışmış
köynәyindәn hiss olunurdu, rәngi ağappaq ağarmış,
gözlәri yaşarmışdı… о göz yaşlarını sonralar mәnimlә 247
yatan heç bir kişidә görmәdim. O, qırmaq kimi iti
barmaqlarıyla mәnim titrәk bәdәnimi dinmәz-söylәmәz,