Page 255 - Patriarxın payızı
P. 255

PATRİARXIN PAYIZI

          yellәdiyi mәşhur әlinә dә diqqәt yetirәn olmadı; maşın
          irәlilәdikcә qәzet vә boyunbağı satanların haray-hәşiri,
          dondurma arabalarının cırıltısı, lotereyaları bayraq kimi
          yellәdәn lotereyasatanların әtürpәrdәn çığırtıları – küçә
          аlәminin bütün uğultusu arxada qaldı… Ürәyindә:
          “Anam mәnim, Bendisyon Alvarado, gör şәhәrim nә
          günә qalıb?” – deyәn qocanın qәlbindә nәlәr baş ver diyi -
          nin, bu küçә аlәminә heç bir dәxli yox idi... buralar elә
          dәyişmişdi ki, heç haranı tanımaq mümkün оlmurdu; bir
          vaxtlar paltarları eyvanların mәhәccәrindә qurudan, şam
          yemәyinә bir-iki balıq әldә elәmәk üçün qürubçağı xırda
          dükanlara girib alverçilәrlә söyüşәn әrsiz qadınlar
          döngәsi harаdaydı?.. Sаhibi оlduqlаrı dükanların qapısı
          ağzında çömәlib bayıra çıxan hindlilәr hanı?.. Ürәksıхаn,
          darıxdırıcı mahnılarıyla ölümün özünü ovsunlayan arvad-
          lar hanı?.. Valideynlәrinә qulaq asmadığına görә әqrәbә
          çevrilәn qorxunc qız şәkli hanı?.. Hanı üfunәtli bataqlığa
          çevrilәn quldur yuvaları?.. Maşın küçәni buruldu vә onun
          gözünün qabağına boynubükük qutanlar gәldi… qәfildәn
          ürәyi sıxıldı… Liman! Bәs liman hanı?.. Hanı o qaçaq -
          malçı qayıqları? Bir vaxtlаr desantçıların atıb-getdiyi
          zireh li gәmi hanı bәs?.. Bәs o zibil iyi… о hara yoxa
          çıxıb? Yoox, bu dünyaya nә isә olub… әgәr limuzindәn
          düşüb vaqona minәndәn sonra da onun pәncәrәdәn
          görünәn zәrif әlinә mәhәl qoyan yoxdursa, bu hakimi-
          mütlәq qocanın әlini heç kim tanımırsa, bu dünyada nә
          isә baş verib. İndi bu, yaylaq yerlәrinә yeni dәmir yolu
          xәttini açan ilk qatarın yarıaçıq pәncәrәsindәn kimәsә
          hәdәr yerә yellәdilәn mәnasız bir әl idi… Bir vaxtlar mal-
          yariya bataqlığı yеrlәşәn әtirli çöllәrdәn ötәn qatar qara-
          qışqırıqçı bataqlıq quşlarının dolaşdığı çәltik tarlasının
          yanından kеçә-kеçә, prezident möhürü vurulmuş inәk
          sürülәrini hürküdә-hürküdә ağlasığmaz mavi çalarlı
          düzәnliklәrә sarı şütüyürdü; o isә vaqonun sәyahәtdәn   255
          çox, matәm mәrasimlәrinә yaraşan qara, mәxmәrüzlü
          kupesindә otura-оturа öz-özünә: “Lәnәt şeytana, – de -
   250   251   252   253   254   255   256   257   258   259   260