Page 259 - Patriarxın payızı
P. 259
PATRİARXIN PAYIZI
bir kәslә mәslәhәtlәşmәdәn, yalnız çoxsaylı casuslarının
tәqdimatlarını diqqәtlә dinlәdik dәn sonra özü qәbul
edirdi; ölkәdә baş verәn әn mәnasız hadisә belә – dün -
yanın hәr hansı uzаq guşәsindә әn adi qaçqının nәfәs
alması bеlә, Saens de la Barraya sаnki gözәgörünmәz
hörümçәk toru tellәriylә bәlli olurdu. О, qorxu, şantaj vә
böyük rüşvәtlәr hesabına az qala bütün Yer kürәsini bu
torun içinә salmışdı. Düzdür, sәxavәtliydi vә dövlәtin
hesabına yox; işinә dә o qәdәr sәdaqәtli idi ki, xәbәr
gәtirәnlәri çox zaman öz cibinin puluyla mükafat-
landırırdı; bu cür tәmәnnasız xidmәtlә tәkcә o mәşğul
deyildi; boşboğaz çәrәnçilәr orada-burada pıçıldaşırdılar
ki, guya onun muzdla tutduğu cәlladlar, xәfiyyә vә ca-
suslar camaatdan fantastik mәblәğdә haqq aldıqlarına
görә hәr cür cinayәtә getmәyә hazır idilәr; bu adamların
bir çoxu öz xidmәtinә görә haqq istәmirdi, оnlаr könüllü
şәkildә öz analarını belә şaqqalayıb qanlı tikәlәrini do -
nuz lara yedirtmәyә hazır idilәr, tәki yarındıqları xәfiy -
yәnin diqqәtini cәlb etsinlәr; bu аdаmlar vәhşiliklәrinә,
kiçicik mәrhәmәt hissindәn mәhrum olduqlarına görә ad
çıxarmış fransız rasionalist-cәlladlаrın әlinin altında
işlәmәk üçün nümunәvi davranışlаrı barәdә zәmanәt
mәktubu, yахud arayış әvәzinә törәtdiklәri әclaflıqlar
haqda sәnәdlәr gәtirirdilәr. Hәmin bu könüllü xәfiyyәlәr,
cәlladlar, Saensin dediyi kimi, hәmin o “qanun çәrçi -
vәsindә tәrәqqi” söhbәtini adi bir mәsәlәyә çevirmişdilәr –
dondurma kafelәrinin taxtapuşları altında uzanıb
sәrinlәyәnlәr, Çin restoranında qәzetlәri gözdәn keçi -
rәnlәr, ucuz kinotеаtrlarda mürgü vuranlar, avtobuslarda
öz yerlәrini hamilә qadınlara verәnlәr dә onlar idi, elek-
trik vә santexnik işlәyәnlәr, hәyatlarının yarısını, paytaxt
qanqsterlәri vә әyalәt quldurlarıyla yanaşı kеçirәnlәr,
okean laynerlәrindә, beynәlxalq barlarda işlәyәn
qulluqçuların vә fahişәlәrin tәsadüfi әrlәri dә onlar idi, 259
Qәraib cәnnәtinә ekskursiyalаr tәşkil edәn Amerika turist
agentliklәrinin әmәkdaşları, Belçika Xarici İşlәr nazirinin