Page 261 - Patriarxın payızı
P. 261
PATRİARXIN PAYIZI
olmaq qәrarına gәldi vә bir dәfә әn uzaqgörәn, cәsur
hәrbçidәn soruşdu ki, silahlı qüvvәlәrin lәyaqәtini tap-
dalayan bu qaniçәn lotunun başını bәdәnindәn ayırmaq
vaxtı hәlә çatmayıb? Cavab onu tәәccüblәndirdi: “Ah,
yox, mәnim generalım, bir az şişir dirsiniz”. O vaxtdan
bәri qoca hәr dәfә ona lotereyalarla bağlı bәdbәxt uşaq -
ların taleyini xatırladan bu ölüm qo xul u “qanun çәrçi -
vәsindә tәrәqqi” adlı bic qurğuda kimin kim tәrәfindә
olduğunu, kimin kimә zidd getdiyini heç cür ayırd edә
bilmirdi. Saens de la Barra da ayıq-sayıq idi, hökmdarının
qızğın hәyәcanlarını tәlimçi bacarığıyla yatırdırdı: “Rahat
yatın, mәnim generalım, dünya sizindi!” – dеyә tez-tez
tәkrarlayaraq generalı yenә inan dırırdı ki, ona vә yalnız
ona mәxsus olan bu dünyada hәr şey çox sadә vә aydındı
vә bu aydınlığı dәyişmәyә dәymәz. Odur ki, hәyat öz
axarıyla gedirdi; o hәmin mәzar zülmәtli kimsәsiz evindә
– möhtәşәm prezident sәrdabәsinin qaranlıq dәhlizlәrindә
vurnuxur, bu mәnаsız vurnuxmadan tez-tez bezib çаrәsiz
ümidsizliklә: “Lәnәt şeytana, axı mәn kimәm – insanam,
yoxsa nәyinsә güzgüdәki әksi?.. Əgәr sәhәrin bu vәdәsi,
saat on birdә әtrafda bir ins-cins yoxdursa, onda mәn
kimәm?.. Bu kimsәsiz saray sәhralığında Allahın dilsiz-
ağızsız toyuğu belә yoxdur…” – fikirlәşir, sonra öz-
özüylә danışa-danışa kеçmişdә qаlаn şirin xatirәlәri –
sübhün ala-toranlığından yemәk artıqları üstә itlәrlә
әlbәyaxa savaşan cüzamlı vә iflic xәstәlәrin hay-küyünün
eşidildiyi dövrlәri, uzaq-uzaq yerlәrdәn kişili-qadınlı
axışıb-gәlәn saysız-hesabsız insаn kütlәlәrinin pillә kәn -
lәrә tökülüb-dаğılmış inәk tәzәklәrinin üstüylә sürüşә-
sürüşә, onun qarşısında diz çökәrәk yaralarını sağaltmağı,
uşaqlarını xaçlamağı, yaxud qarınağrısından qurtarmağı
xahiş edib yalvardığı günlәri yadına salırdı… “Əlinizi
verin, mәnim generalım, ürәyimә sakitlik gәtirin –
köksümә dolmuş bu vаhimәli tәlаtümü yalnız siz yatıra 261
bilәrsiz!”, “Bir dәnizә baxın, mәnim generalım, qasır -
ğalar tәkcә sizin qarşınızda ram olur! Sәmaya fikir verin,