Page 264 - Patriarxın payızı
P. 264
şübhәlәrini azaltmağa nаil оlduq! Camaat bilmәlidir ki,
siz hökumәtin fәaliyyәti barәdә hәr ayın son çәr şәnbәsi
mәruzә edirsiniz. Onlar bunu dövlәt radio-televiziyasıyla
eşidib-görmәlidirlәr. Axı bu sayaq mәruzәlәr ümumi
kәdәri aradan qaldırır!.. Mәsuliyyәti öz üzәrimә
götürürәm, general! İçindә günәbaxanaoxşar altı әdәd
QABRİEL QARSİA MARKES dediklәriniz – cümә günlәri sizdәn soruşduğum sualların
mikrofon olan bu vazаnı bura mәn qoymuşam. Bütün
cavabları bu mikrofonla yazılırdı. Verdiyiniz sadәlövh
cavabların hәr ay millәtә ünvаnlаnmış müra ciәtlәrinizin
bir hissәsini tәşkil etdiyi heç ağlınıza belә gәlmirdi! Vә
bunu da bildirim ki, sizin әvәzinizә özgәsinin şәkli
istifadә olunan kadrlarda demәdiyiniz sözlәrdәn istifadә
olunmayıb. Buna özünüz dә әmin ola bilәrsiz: buyurun,
bu da, kino-lentlәri vә sәs yazısı olan vallar!” Saens de
la Barra kino-lentlәri vә valları, bir dә gördüyü işlәrin
siyahısı yazılmış vәrәqlәri stolun üstünә qoydu: “Gen-
eral, bu vәrәqlәri yanınızda imzalayıram ki, taleyimi
istәdiyiniz kimi hәll edәsiniz!” O, gözlәrini heyrәtlә Xose
İqnasio Saens de la Barraya zillәdi vә birdәn-birә anladı
ki, bu adam onun yanına ilk dәfәdi köpәksiz, silahsız, ölü
kimi solğun sifәtdә gәlib, оdur ki ah çәkәrәk: “Yaxşı,
Naço, vәzifәnizi icra edin”, – dedi vә hәmişәkindәn bir
az da qoca, hәdsiz yorğun vәziyyәtdә yumşaq kreslosuna
yayxanıb şәkillәrdәki qәhrәmanın satqınlıq yаğаn
gözlәrinә baxmağa başladı; şәkildәki qoca qәmli vә
tutqun idi, sifәtindә müәmmalı niy yәtlәrinin dәyişmәz vә
әbәdi ifadәsi donub-qalmışdı; hәmin bu daşlaşmış ifadәni
о, bir dә Saens de la Barra iki hәftә sonra onun kabinetinә
öz dobermanını zorla sürüyә-sürüyә, tәqdimatsız-filansız
girәndә görmüşdü. “Mühüm xәbәr var, әlahәzrәt! Silahlı
üsyan hazırlanır! Qabağını ancaq siz ala bilәrsiz!” Vә
general, axır ki, uzun illәrdәn bәri divartәk yarılmaz оlаn
264 bu adamın cadugәr qәlbi kimi sirli qәlbindә açılmış kiçik
çatı gördü… “Anam mәnim, Bendisyon Alvarado… bu