Page 260 - Patriarxın payızı
P. 260

şәxsi katibi dә onlardan idi. Bir sözlә, heç kәsin ağlına
               belә gәtirә bilmәdiyi bir çox işlәrlә yenә onlar mәşğul
               olurdu: qiyamı yatırmağa kömәk edәnlәr, tәhlükәli
               adamları aradan götürәnlәr, hәddәn artıq çılğın, lаkin
               qәtiyyәtli beyinlәrdә hәlә tam yetişmәmiş sui-qәsd
               planlarının üstünü açanlar da onlar idi. Onlar öz işini
           QABRİEL QARSİA MARKES  әsl mәnasında, hәqiqi vәtәnpәrvәrlәr isә әmin idilәr ki,
               özünәinamla, аbırsız bir arxayınlıqla görürdülәr. Sözün


               bütün bu әmәllәrdәn prezidentin xәbәri yoxdur. “Əgәr
               bilsәydiniz… ah, bircә bilsәydiniz, mәnim generalım…” –
               deyә ürәklәrindә ona üz tutur, bütün bu dәhşәtlәr barәdә
               söhbәtlәri dönә-dönә xatırlayır vә uşaq sadәlövhlüyü ilә
               güman edirdilәr ki, sözlәri generalın qulağına çatsaydı,
               Saens de la Barra çoxdan bu satqınları liman qalasının
               yanındakı qәbiristanlığa sürüklәyәrdi. Odur ki, әsl vәtәn -
               pәrvәrlәrdәn biri bir gün, nәhayәt ki, özünü generalın
               yanına sаldırmış, bütün bunlar barәdә cәsarәtlә danışmış
               vә sarsılmışdı… general ona diqqәtlә qulaq asıb demişdi
               ki, sırğa elәyib qulağından assın: bu barәdә heç vaxt heç
               nә bilmәyib, bilmir vә bilmәyәcәk, heç kәslә heç nә
               danışmayıb; bunları deyәndәn sonra qoca susub bir
               müddәt sınayıcı baxışlarla hәmin о vәtәnpәrvәri seyr
               etmişdi.
                   Bu hаdisәdәn sonra general bir azca sakitlәşmişdi,
               amma bu sakitliyin ömrü uzun çәkmәmişdi, çünki
               kәsilmiş başlarla dolu kisәlәr bir ucdan saraya daxil ol-
               maqda idi vә kisәlәr o qәdәr çoxalmışdı ki, daha Xose
               İqnasio Saens de la Barranın bu bоydа insan qanını heç
               bir şәxsi mәqsәd güdmәdәn tökdüyünә inanmaq mümkün
               deyildi; qoşun komandirlәrinin öz miskin gücsüzlük l ә -
               riylә belә asanlıqla barışmaları, mәvaciblәrinin qaldırıl -
               masını bеlә tәlәb еtmәmәlәri ona lap şübhәli gәlirdi.
               Оdur ki, hәrbçilәrin müәmmalı itaәtkarlığının, üsyana
         260   qalxmamalarının, belә azğın hәrәkәtlәr edәn bu adamın
               aradan götürülmәsini tәlәb etmәmәlәrinin әsl sәbәbini
               öyrәnmәk üçün onların vәziyyәti ilә daha yaxından tanış
   255   256   257   258   259   260   261   262   263   264   265