Page 332 - "Hər suala bir cavab" (I cild)
P. 332
Arılar necә ünsiyyәt saxlayır?

İ şçi arı nektarla dolu çiçәk tapanda Arı dili qoxuların vә rәqslәrin dilidir.
öz yoldaşlarını bundan necә xәbәr- Arı nektar, ya tozcuq tapanda evlәrinә
dar edir? Necә çatdırır ki, tapdığı dönәrәk rәqsә başlayır, havada bir-birinin
hansı çiçәkdir, hansı istiqamәtdә yerlәşir, dalınca düzgün fiqurlar cızaraq uçur. Bu
nә qәdәr uzaqdadır? rәqs digәr arıların diqqәtini cәlb edir vә
Arıların belә informasiyaları ötürmәk onlara nektarı, yaxud tozcuğu harada
üsulları tәbiәtin әn sirli möcüzәlәrindәndir. tapdığını söylәyir. Digәr arılar xәbәr vermәk
Əvvәlcәdәn deyәk ki, arıların dili dә in- istәyәn arının qoxusundan nә tapdığını
stinktdir. Onlar bunu öyrәnmirlәr, sadәcә bilirlәr.
bәlli bir yaşa çatanda bu vәrdişlәrә av-
tomatik yiyәlәnirlәr. Əgәr arı çox sürәtlә rәqs edirsә, bu o
demәkdir ki, çoxlu yem tapıb. Onda xeyli
arı hәmin istiqamәtә yollanır. Belәliklә,
arı öz yoldaşlarına bir neçә şeyi xәbәr verә
bilәr. Rәqsdәn anlamaq olar ki, tapılan
nektardır, yoxsa tozcuq. Arının özünün
qoxusundan isә hansı çiçәyi axtarmalı
olduqları bilinir. Rәqsin yavaş sürәti isә
yemin az olduğuna dәlalәt edir.

Lakin bütün bu işarәlәr yuvadan әn
çoxu 100 metrәdәk aralıda olan çiçәklәrә
aiddir. Arı axtardığını bu mәsafәdәn uzaqda
tapıbsa, yuvaya dönәndә rәqsin başqa
növündәn istifadә edir. Havada dairә vur-
maq yerinә, sәkkizlik yazır vә onun iki
halqasını düz xәtlә birlәşdirir, eyni za-
manda, uçarkәn qarnını oyan-buyana
yırğalayır.

Bayaq söylәdiklәrimizdәn savayı, bu
rәqs arılara hansı mәsafәyә vә hansı
istiqamәtdә uçmalı olduqlarını da deyir.
Dәqiqәdә arının vurduğu dövrәlәrin sayı,
mәsafәni göstәrir. Obyekt nә qәdәr uzaq
olsa, sәkkizliklәrin sayı bir o qәdәr az olur.
Mәsәlәn, dәqiqәdә 11 dәfә dönmәk 2700
metr mәsafәni ifadә edir. Arının iki halqa
arasında cızdığı düz xә dәqiq sәmti
göstәrir. Hәmin xә sәmada günәşin
vәziyyәtiylә müәyyәnlәşir deyә, başqa
arılar dәqiq hәrәkәt bucağını o dәqiqә
tәyin edirlәr!
   327   328   329   330   331   332   333   334   335   336   337