Page 336 - "Hər suala bir cavab" (I cild)
P. 336
Niyә hörümçәk öz toruna düşmür?

B izә qonaq gәlmәk istәmirsәn?” – deyә, hörümçәk milçәkdәn soruşdu. Hörümçәk
yaman bicdir axı: bilir ki, milçәk ayağını onun oylağına bassa, mütlәq tora
düşәcәk, onun da axşama lәzzәtli yemәyi olacaq...
Yaxşı, әgәr hörümçәk toru milçәklәr üçün tәlәdirsә, onda bәs hörümçәyin özü bu tora
niyә düşә bilmәz? Cavab sizi tәәccüblәndirәcәk. Sәn demә, o da düşә bilәr. Hörümçәk
dә hәrdәn öz toruna özü düşür, lap milçәk kimi.
Bunun baş vermәmәsinin sәbәbi hörümçәyin “öz evindә” olmasıdır. O, özünün
hördüyü toru yaxşı tanıyır. Hörümçәk öz torunu hörәndә mütlәq ona bir neçә “tәhlükәsiz”
sap qoyur – onlara toxunanda ilişmәk imkanı yoxdur.
Hörümçәyin düzәltdiyi cürbәcür saplar var. Yapışqanlılar ov etmәk üçün nәzәrdә
tutulub. Amma yapışqansızları da var ki, torun elә bil möhkәm dirәklәri rolunu oynayır.
Hörümçәk hansı sapların yapışqanlı olduğunu bilir vә onların üzәrindәn ehtiyatla keçir.
Bu işdә ona çox inkişaf etmiş hissiyyatı kömәk edir.
   331   332   333   334   335   336   337   338   339   340   341