Page 75 - "Əvvəl dəniz vardı"
P. 75
Əvvәl dәniz vardı – 10 Kolumbiya şeiri

Sənə şirin gecələrdən danışıram,
Bulaqların yanında.
Mavi qanadların arasında qorxudan əsən
Bir səsdən danışıram sənə.

Mənim üçün həmişə əsən küləkdir,
Nəğməmin sözlərini hər zaman ilhama gətirir.
Necə ki yarpaqlar cənubda
Nəfəs verir şirin-şirin.
Bütün yarpaqlar –
Gecə-gündüz
cənubda həzin-həzin..

III
Qapının kandarında uzun zamandı,
Xeyli vaxtdı ləngiyirdi Palıd ağacı.
Haldan düşmüş, hərəkətsiz külək
Tərpədirdi – yorulana qədər köhnə bir otu.

Və mən qayıdırdım, qayıdırdım
Çəpərli uzun sahələrdən,
Onları gəzib-qurtarmağa on beş il lazım idi.

Nəğmənin tən yarısında ayaq saxladım əsə-əsə,
Bir ayağım ovsunlanmış bir sarayda,
Bir ayağım vadinin sahilində.
Qorxudan əsə-əsə,
Orda coşub daşır ulduzlu gecə,
O gecə alışıb-yanır sakit alovda...

75
   70   71   72   73   74   75   76   77   78   79   80