Page 73 - "Əvvəl dəniz vardı"
P. 73
Əvvәl dәniz vardı – 10 Kolumbiya şeiri
Qalxdım o dağlara.
Orada bir qışqırıq qalır,
Qalır vəhşi göyərçinlərin
Qanadları arasında.
Sənə ən incə ağaclarla dövrələnmiş
Günlərdən danışıram,
Qanımı qaynadan nanəli ulduzun
İşıqlandırdığı uzun gecələrdən danışıram
Sənə.
Tənha damlatək oxuyan qandan
Danışıram sənə.
Alovlanmış halda, əbədi qaranlıqdı yolu –
Xumar olmuş bir meşədən danışıram Sənə.
Yalnız onu eşitmək olar – gecələrin
ortasında,
Violalar, arfalar, udlar
Və əbədi yağışlar səslənir.
Sənə bir də ağaclar, qatranlar
Və minlərlə yarpaqlar arasında
Tək qalan bir yarpaqdan danışıram.
Kiçik bir tərpəniş, bir zəriflik parçası,
təbiətin hər rəngə oyandığı,
gözəl ölkələrdən əsən,
Kolumbiya torpaqlarından ötüb-keçən,
Küləklərin üzünə toxunduğu
tək yarpaqdan danışıram.
73
Qalxdım o dağlara.
Orada bir qışqırıq qalır,
Qalır vəhşi göyərçinlərin
Qanadları arasında.
Sənə ən incə ağaclarla dövrələnmiş
Günlərdən danışıram,
Qanımı qaynadan nanəli ulduzun
İşıqlandırdığı uzun gecələrdən danışıram
Sənə.
Tənha damlatək oxuyan qandan
Danışıram sənə.
Alovlanmış halda, əbədi qaranlıqdı yolu –
Xumar olmuş bir meşədən danışıram Sənə.
Yalnız onu eşitmək olar – gecələrin
ortasında,
Violalar, arfalar, udlar
Və əbədi yağışlar səslənir.
Sənə bir də ağaclar, qatranlar
Və minlərlə yarpaqlar arasında
Tək qalan bir yarpaqdan danışıram.
Kiçik bir tərpəniş, bir zəriflik parçası,
təbiətin hər rəngə oyandığı,
gözəl ölkələrdən əsən,
Kolumbiya torpaqlarından ötüb-keçən,
Küləklərin üzünə toxunduğu
tək yarpaqdan danışıram.
73