Page 77 - "Əvvəl dəniz vardı"
P. 77
vәl dәniz vardı – 10 Kolumbiya şeiri

Və nəğməmin yarışında dayandım əsə-əsə,
Qanadları sınmış bir quş qanad salır,
Dağlayır ürəyimi o quşun səsi.

IV

İndi sarayda yatır,
Döyüşdə əldən düşmüş halda.
Mumdan əllər gəzişir
Arıların vızıldadığı alnında.
Kollar, sarmaşıqlar üzərinə yaxınlaşır,
Səsi elə möhkəm, elə gurdur.
Və deyirsən ona, təkrar edirsən.
Sən mənim atamsan?
Bürüyür havanı
Hər yanı şəfalı nəfəsin:
– Zəngin qatlardan gələn dərin bir çayam,
On beş ildi bərkidib canımı.
Bərkidib yavaşca göz qapaqlarını,
İki yarpaq əlac edib öz qara yaşıllığına...
Bağçalar deyildi,
Başgicəlləndirən havalar deyildi,
Sən xatırlayırsan,
Göyərçinlərin qanadlarının qoruduğu bu torpaq.
Nə qədər, nə qədər gözəl, güclü qadınlar, yox,
Görünən küləklər deyildi,
Toxuna biləcəyin akasiyalar deyildi,
Bu cür rəngarəng libasda, kollar arasından
Yanar qızılgüllər arasından gələn işıq deyildi.
Bu, sənin şirin torpağın –

77
   72   73   74   75   76   77   78   79   80   81   82