Page 79 - "Əvvəl dəniz vardı"
P. 79
vәl dәniz vardı – 10 Kolumbiya şeiri

Oxuyan odumu?
Ecazkar cisminmi,
Qanınmı oxuyan?

Bütün sidr ağacları susur,
Bütün palıdlar susur.
Göyün yerə endiyi o qırmızı ağacın yanında,
Belində yəhəri bir at dayanıb,
Bir qığılcım görünür sulu gözlərində.
Bir at dayanıb, mənim atımdı,
Bir səs eşidirəm, o səs nə deyir:
“Bu sənin atanın torpaqlarında
Ən gözəl daylaqdır – Sənin atındı”.

Əldən düşmüş kandarda sadiq külək dayanıb,
Parıldayan hecanı təkrar-təkrar söyləyir,
Zərif bir yarpaq da hələ təravətlidi,
İlin əvvəlindən sonuna qədər.
“Qayıt, qayıt bu torpağa,
Burda həyat şirindi”.

V
Bir külək yazmışam, canlı vıyıltı,
Ətirli, sehrli otlar arasında əsən bir külək.
Küləkdən danışmışam, küləkdən, lap azacıq.
Gecə, sonsuz qaranlıq, buludlar arasından,
Topa yarpaqlar, dağılmış yuvalar –
İllər arasından –
Yumurta qabığıtək parıldayırdı aylar,
Son sükutla, heyrətlə dolu böyük aylar.

79
   74   75   76   77   78   79   80   81   82   83   84