Page 71 - "Əvvəl dəniz vardı"
P. 71
vәl dәniz vardı – 10 Kolumbiya şeiri
II
Və buradan, bu ağac gövdəsindən,
itmiş addımlarla cilalanmış bu kandardan –
budaqlar arasından başlayır bu köhnə ev.
Hər küncdə kölgələr –
Sirr mələkləri yatır.
Bu yerlərdə görmüşəm saf işığın üzünü,
Qaranlıqda yerləri mamır basanda.
Əfsanələr gecəsi utancaq və səbirlə,
Ən gözəl aylarını
Saf ovcuma basanda.
İllər arasında, ağaclar arasında,
Uçan quşların səsi – solmaz çiçəyi.
Böyük ev, ağ divar, daş və gözəl taxtalar,
Bu yaşıl təpəliyin düz ortasında..
Uçan zamandan bəri qapının kandarında,
Yorğun halda ləngiyirdi bu palıd.
Bir dəstə adam da əyri kölgələriylə
Ləngiyirdi xatirələrdən,
Astaca qalxan tüstünün arasından.
Ah, qatı mənzərənin xallı səsləri –
Budaqlar altında şütüyən çağlara,
Gözəl atların səsinə qarışmış.
Mən dağlara qalxdım,
Xəyalımdan qalan dağlara,
Mən qalxdım,
71
II
Və buradan, bu ağac gövdəsindən,
itmiş addımlarla cilalanmış bu kandardan –
budaqlar arasından başlayır bu köhnə ev.
Hər küncdə kölgələr –
Sirr mələkləri yatır.
Bu yerlərdə görmüşəm saf işığın üzünü,
Qaranlıqda yerləri mamır basanda.
Əfsanələr gecəsi utancaq və səbirlə,
Ən gözəl aylarını
Saf ovcuma basanda.
İllər arasında, ağaclar arasında,
Uçan quşların səsi – solmaz çiçəyi.
Böyük ev, ağ divar, daş və gözəl taxtalar,
Bu yaşıl təpəliyin düz ortasında..
Uçan zamandan bəri qapının kandarında,
Yorğun halda ləngiyirdi bu palıd.
Bir dəstə adam da əyri kölgələriylə
Ləngiyirdi xatirələrdən,
Astaca qalxan tüstünün arasından.
Ah, qatı mənzərənin xallı səsləri –
Budaqlar altında şütüyən çağlara,
Gözəl atların səsinə qarışmış.
Mən dağlara qalxdım,
Xəyalımdan qalan dağlara,
Mən qalxdım,
71