Page 67 - "Əvvəl dəniz vardı"
P. 67
Əvvәl dәniz vardı – 10 Kolumbiya şeiri
Cənubda məskən
Ot üstündə sayrışan qarışıq gecələrdə,
Cavan atlar, əyri, parlaq kölgələr...
Yeri lərzəyə saldı tuncdan dəbilqələri,
Ulduzlar qaranlıqda qızıl dişləri ilə
Gülümsəyər, dincələr.
Yarpaqlar arasında yeni dünya açılar,
Göllərin dərisiylə örtülər torpaq,
Ağ, yumşaq mələkləri yandırmışdı krallar.
Hələ də inildəyir
Ağaclar arasında basdırılmış adamlar.
Mənzərəyə baxırdı yaşıl, şəffaf gözləri,
Başdan-ayağa qədər palçıq içində inək.
Aylı gecədə haldan düşmüş
Aypara şəklində ay,
Budaqda ləngər vuran ağacdələnə bənzər.
Şəffaf su – səmalarda
Qulluqçu zümzüməsi,
Buxovlarını qırır sirli bir qüvvə ilə.
Otlaqlardan qayıdan sürü əzəmətilə
Bütün düzənliyi ayağa qaldıracaq,
İnək sürüsünün ecazkar səsi.
67
Cənubda məskən
Ot üstündə sayrışan qarışıq gecələrdə,
Cavan atlar, əyri, parlaq kölgələr...
Yeri lərzəyə saldı tuncdan dəbilqələri,
Ulduzlar qaranlıqda qızıl dişləri ilə
Gülümsəyər, dincələr.
Yarpaqlar arasında yeni dünya açılar,
Göllərin dərisiylə örtülər torpaq,
Ağ, yumşaq mələkləri yandırmışdı krallar.
Hələ də inildəyir
Ağaclar arasında basdırılmış adamlar.
Mənzərəyə baxırdı yaşıl, şəffaf gözləri,
Başdan-ayağa qədər palçıq içində inək.
Aylı gecədə haldan düşmüş
Aypara şəklində ay,
Budaqda ləngər vuran ağacdələnə bənzər.
Şəffaf su – səmalarda
Qulluqçu zümzüməsi,
Buxovlarını qırır sirli bir qüvvə ilə.
Otlaqlardan qayıdan sürü əzəmətilə
Bütün düzənliyi ayağa qaldıracaq,
İnək sürüsünün ecazkar səsi.
67