Page 69 - "Əvvəl dəniz vardı"
P. 69
Əvvәl dәniz vardı – 10 Kolumbiya şeiri
Külək gəlir,
Gəlir əynində yarpaqlar,
Otlaqlara açılan həyətlərin önündə
Durub tərəddüd edir,
Köhnə dəhlizlərdə yuxuya gedir,
Harda ki
Səssizlik – ətirli xatirələrin
dəymiş budağıdır..
Qulluqçuların süpürdüyü
Həyətin ortasında
Portağal ağacından işıq süzülür hələ.
Ən yaşlı qulluqçu yerdə oturmuş,
Alnında milçək vızıldayır,
Yuxuda üzülür,
Üzülür belə.
Heç də hər şey pis deyildi,
Qızılı yuxu telləri –
Dolaşıqdı zövqlərimin məngənəsinə.
Şimalda qoca meşə bərkdən şaqqıldayırsa,
Külək akasiya kolları gətirir cənubda.
(Mən dağlara baxıram,
Dayənin uzun dizlərində yuxu tüklərimi uzadır)
69
Külək gəlir,
Gəlir əynində yarpaqlar,
Otlaqlara açılan həyətlərin önündə
Durub tərəddüd edir,
Köhnə dəhlizlərdə yuxuya gedir,
Harda ki
Səssizlik – ətirli xatirələrin
dəymiş budağıdır..
Qulluqçuların süpürdüyü
Həyətin ortasında
Portağal ağacından işıq süzülür hələ.
Ən yaşlı qulluqçu yerdə oturmuş,
Alnında milçək vızıldayır,
Yuxuda üzülür,
Üzülür belə.
Heç də hər şey pis deyildi,
Qızılı yuxu telləri –
Dolaşıqdı zövqlərimin məngənəsinə.
Şimalda qoca meşə bərkdən şaqqıldayırsa,
Külək akasiya kolları gətirir cənubda.
(Mən dağlara baxıram,
Dayənin uzun dizlərində yuxu tüklərimi uzadır)
69