Page 63 - "Əvvəl dəniz vardı"
P. 63
vәl dәniz vardı – 10 Kolumbiya şeiri
Tulua düzənliyi
Yol kənarında iki bədən
Yan-yana,
Uzaqdan baxanda sanki sevişirlər.
Arıq bir oğlan və bir qız,
Mehribancasına
Ot üstündə uzanıblar.
Qucaqlayır o gənc qollar
Bir-birinin belini.
Düşünürsən:
Dodaq-dodağa verib xəyal qururlar.
Sükutları, əlləri, baxışları.
Amma öpüş yoxdur.
əvəzində külək var,
əvəzində hərəkətsiz yay havası.
Yan-yana yıxılıb qalıb,
Ölmüş vəziyyətdə
Yol kənarında iki bədən.
Qamətli olmalıydı kölgələri,
Halsızlıqdan
Axşam vaxtı.
Və dəhşətli görünməli idi üz-gözləri,
Hədələr və zərbələr
Qarşısında.
Bədənlər ki daşdı, heç nədi,
Bədənlər ki yalandı, şikəst edilib,
Bəxtsiz taleləri – ölümləri.
Və indi yaxından baxanda, sanırsan –
Yem olublar acgöz qara quşlara...
63
Tulua düzənliyi
Yol kənarında iki bədən
Yan-yana,
Uzaqdan baxanda sanki sevişirlər.
Arıq bir oğlan və bir qız,
Mehribancasına
Ot üstündə uzanıblar.
Qucaqlayır o gənc qollar
Bir-birinin belini.
Düşünürsən:
Dodaq-dodağa verib xəyal qururlar.
Sükutları, əlləri, baxışları.
Amma öpüş yoxdur.
əvəzində külək var,
əvəzində hərəkətsiz yay havası.
Yan-yana yıxılıb qalıb,
Ölmüş vəziyyətdə
Yol kənarında iki bədən.
Qamətli olmalıydı kölgələri,
Halsızlıqdan
Axşam vaxtı.
Və dəhşətli görünməli idi üz-gözləri,
Hədələr və zərbələr
Qarşısında.
Bədənlər ki daşdı, heç nədi,
Bədənlər ki yalandı, şikəst edilib,
Bəxtsiz taleləri – ölümləri.
Və indi yaxından baxanda, sanırsan –
Yem olublar acgöz qara quşlara...
63