Page 59 - "Əvvəl dəniz vardı"
P. 59
Əvvәl dәniz vardı – 10 Kolumbiya şeiri
Bir kupletə, bir beytə,
Yarımçıq bir kar dəstinə,
Bir qatlama bıçağa, bir tənbəkiyə,
Bir asma körpüyə,
Yaxud
Bir şair kimi ağlayan müqəvvaya..
Dəyişirəm həyatımı – borca verirəm –
Al qırmızı buludlara,
Kalimantan qorillasına,
İki Sumatra bəbirinə;
Ya qəmli Kleopatranın içdiyi mirvarilərə –
Ya da hansısa muzeydə olan xırda burnuna.
Dəyişirəm həyatımı köhnə lampalara,
Ya Yakobin nərdivanına,
Ya da onun mərcimək boşqabına...
Gicgahlarda iki xırda deşiyə –
Hardan ki canımdan çıxıb irinlər,
Tuluğumda bəslədiyim
Bezginliyim, bütün vahiməm...
Oynayıram. Həyatımı,
Dəyişirəm
İstənilən halda
Uduzuram onu...
59
Bir kupletə, bir beytə,
Yarımçıq bir kar dəstinə,
Bir qatlama bıçağa, bir tənbəkiyə,
Bir asma körpüyə,
Yaxud
Bir şair kimi ağlayan müqəvvaya..
Dəyişirəm həyatımı – borca verirəm –
Al qırmızı buludlara,
Kalimantan qorillasına,
İki Sumatra bəbirinə;
Ya qəmli Kleopatranın içdiyi mirvarilərə –
Ya da hansısa muzeydə olan xırda burnuna.
Dəyişirəm həyatımı köhnə lampalara,
Ya Yakobin nərdivanına,
Ya da onun mərcimək boşqabına...
Gicgahlarda iki xırda deşiyə –
Hardan ki canımdan çıxıb irinlər,
Tuluğumda bəslədiyim
Bezginliyim, bütün vahiməm...
Oynayıram. Həyatımı,
Dəyişirəm
İstənilən halda
Uduzuram onu...
59