Page 57 - "Əvvəl dəniz vardı"
P. 57
vәl dәniz vardı – 10 Kolumbiya şeiri
Dibindən də aşağıda ... 57
Oynayıram həyatımı,
Çarəsiz şəkildə
Uduzuram onu...
Ya oynayıram onu,
Ya da sadəlövh xəyala dəyişirəm,
Kirayə verirəm onu,
Hədiyyə edirəm.
Satıram bir təbəssümə,
Dörd öpüşə satıram,
Mənim üçün eyni şeydi,
Ləzzətlisi, bayağısı, mükəmməli,
ən pisi...
Dəyişirəm həyatımı köhnə lampalara,
Tikişsiz köynəyin oynandığı zərlərə.
Qulaqlardan asılan əşyalara,
Meymunabənzər mulat qadına –
Nubia səhrasının terrakotası1,
Solğun əsmər, sarı şərqli, şimal sarışını.
Dəyişirəm həyatımı bir dəmir üzüyə,
Ya Seqmundun qılıncına,
Ya da Karlomaqnonun
Fırlatmaq üçün
Barmağında saxladığı dünyaya...
Dəyişirəm həyatımı
Axmağın ya müqəddəsin ağappaq haləsinə,
Dəyişirəm gombul Karetoya.
Asdıqları boyunbağıya;
Dəyişirəm bir romansa, bir sonetə..
Anqoranın on bir pişiyinə,
1terrakota – rəngli gildən hazırlanmış şirəsiz keramika məmulatı
Dibindən də aşağıda ... 57
Oynayıram həyatımı,
Çarəsiz şəkildə
Uduzuram onu...
Ya oynayıram onu,
Ya da sadəlövh xəyala dəyişirəm,
Kirayə verirəm onu,
Hədiyyə edirəm.
Satıram bir təbəssümə,
Dörd öpüşə satıram,
Mənim üçün eyni şeydi,
Ləzzətlisi, bayağısı, mükəmməli,
ən pisi...
Dəyişirəm həyatımı köhnə lampalara,
Tikişsiz köynəyin oynandığı zərlərə.
Qulaqlardan asılan əşyalara,
Meymunabənzər mulat qadına –
Nubia səhrasının terrakotası1,
Solğun əsmər, sarı şərqli, şimal sarışını.
Dəyişirəm həyatımı bir dəmir üzüyə,
Ya Seqmundun qılıncına,
Ya da Karlomaqnonun
Fırlatmaq üçün
Barmağında saxladığı dünyaya...
Dəyişirəm həyatımı
Axmağın ya müqəddəsin ağappaq haləsinə,
Dəyişirəm gombul Karetoya.
Asdıqları boyunbağıya;
Dəyişirəm bir romansa, bir sonetə..
Anqoranın on bir pişiyinə,
1terrakota – rəngli gildən hazırlanmış şirəsiz keramika məmulatı