Page 199 - Peşəkar aktyorluq dərsləri
P. 199
sesdә iki şey barәdә eyni vaxtda düşünmәk mümkün Peşəkar aktyorluq dərsləri
deyil. Ona görә dә sizdә düşünәn insan psixologiyasının
yarısı var, qalan әlli faiz isә, doğrudan da, fikirlәşmәklә 199
mәşğuldur. Lakin tәklif edirәm ki, hәr iki hissәni kәnara
qoyub, yalnız tam şәkildә düşünәn insanın psixologi-
yasına malik olasınız. Әlbәttә, bu zaman sizdә digәr
sahәlәrdәn gәlәn bәzi fikir vә arzular yarana bilәr. Bu,
real hәyatdan bir qәdәr zәif amildir.

Sәnәt – böyüdücü şüşә altında baxdığımız heyrәtamiz
bir hәyatdır. Sәhnәdә hәyat hәqiqәtlәrini güclü tәrәnnüm
etmәyә, tamaşaçının qәlbini riqqәtә gәtirmәyә çalışma-
lıyıq. Daxilәn iflic vәziyyәtә düşsәk, heç bir rolun
öhdәsindәn gәlә bilmәyәcәyik. Mәnәviyyatı xәstә adama
teatrda yer yoxdur. Bizim şәxsi hәyatımız, üstәgәl, ikinci
hәyatımız, üstәgәl, şәxsi hәyatdan qat-qat güclü on әlavә
hәyatımız da olmalıdır.

– Piter Frey deyәndә ki, bu fikirlәri başından ata
bilmir, çox hәyәcanlandım. Әgәr düşüncәlәr üzәrindә
konsentrasiya etsәydi, oynaya bilmәzdi. Bunlar akty-
orun hiss sahәsinә uğurla tәtbiq oluna bilәrmi? Siz
çalışmalar tәklif edәndә onları çox sadә şәkildә yerinә
yetirirdim, amma sözün düzü, bu çalışmalar ürәyimә
yatmadı. İkinci dәfә bu çalışmalara müәyyәn hәrәkәt-
lәr dә әlavә etdim ki, maraqlı olsun.

– Çalışmaları dәfәlәrlә yerinә yetirmәk lazımdır.
Yalnız bu tәqdirdә onların mahiyyәtini dәrindәn başa
düşәcәksiniz. Bu işә ürәklә yanaşsanız, yәni içinizdәn
gәlәn bәzi hәrәkәtlәri әlavә etmәyә ehtiyac duysanız, bu,
yalnız işin xeyrinә olar.

– Mәncә, çalışmaları yerinә yetirmәk üçün müәy-
yәn şәrait yaranmalıdır...
   194   195   196   197   198   199   200   201   202   203   204