Page 202 - Peşəkar aktyorluq dərsləri
P. 202
Mixail Çexov

– Әlbәttә, ritm hәr şeyin ali nöqtәsidir. Әmin olma-
lıyıq ki, sәhnәdә şәxsi hisslәr bizә әngәl törәtmәyәcәk.
Yalnız bu tәqdirdә oyun ritmik alınacaq vә özümüzü tam
ifadә edә bilәcәyik. Biz düşünәndә dә ritmi duymağı
bacarmalıyıq.

– Terminlәr mәni çaşbaş salıb: düşünmәk, fikir-
lәşmәk! Hәrәkәtlәri yerinә yetirәndә, ümumiyyәtlә,
düşüncә tәrzi barәdә fikirlәşirdim. Düşünәndә kәnar-
dan necә görünürәm? Müәyyәn vaxtdan sonra, hәqi-
qәtәn, fikirlәşmәyә cәhd göstәrdim vә bunu oyunla
göstәrә bilmәdim. Çünki sәhnәdәki hәrәkәtlәrim
barәdә düşünmәyә vaxtım yox idi. Bu halda isә oyu-
num alınmırdı. Amma sәhnәdә elә bir şәrait yarana
bilәr ki, obrazın daxili alәmini açmaq üçün hәr bir
hәrәkәti әvvәlcәdәn fikirlәşmәk, hәm dә onun mәnası
barәdә düşünmәk lazım gәlsin...

– Haqlısınız. Düşüncә prosesi, demәk olar, iki şeydәn
ibarәtdir. Birincisi, düşüncә, onun mәzmunu vә mәğzi.
İkincisi, düşünәn adamın psixologiyası. Biz sәhnәdә
düşünәn adamın psixologiyasına malik olmalıyıq, real
fikirlәrә ehtiyac yoxdur. Sәhnәdә düşünәn zaman görә-
cәksiniz ki, hisslәr içinizdә tam әrimәyib. Fikrә dalmış
vәziyyәtdә olacaqsınız, bu da tәbiidir. Mәsәlәn, bir akty-
ora tәklif etdim ki, filosofun xarakterini tәcәssüm etdir-
sin. İstәdiyimi ala bilmәdim, çünki hәmin aktyor düşüncә
202 psixologiyasının nәdәn ibarәt olduğunu anlamırdı.
Ümumiyyәtlә, adi, gündәlik hәyat barәdә düşünmәyi
bacarmırdı. Çox qәribә mәnzәrә yaranmışdı. Biz düşün-
mәyi vә onu necә göstәrmәyi, tamaşaçıya hansı üsullarla
çatdırmağı öyrәnmәliyik.

Sәhnәdә tez-tez belә vәziyyәtlә üzlәşirik: tәrәf-müqa-
bil sual sәslәndirir vә biz dә ona dәrindәn düşünülmüş,
   197   198   199   200   201   202   203   204   205   206   207