Page 201 - Peşəkar aktyorluq dərsləri
P. 201
etip

– Arxetiplәr şüurda, necә deyәrlәr, var-gәl edir. Peşəkar aktyorluq dərsləri
Mәndәn tez-tez soruşurlar ki, gündәlik hәyatın hiss vә
duyğularını sәhnәyә daşımamaq üçün nә etmәk lazımdır? 201
Mәsәlәn, qoca kişi obrazını yaratmalıyam. Tәsadüfәn,
küçәdә çox maraqlı bir qoca ilә rastlaşdım vә onun
obrazını sәhnәdә tәrәnnüm etmәk fikrinә düşdüm. Sizcә,
bunu gündәlik hәyatdakı hissin sәhnәyә daşınması
adlandırmaq olarmı? Әlbәttә, yox! Axı qoca obrazını
haradansa әxz etmәliyәm, ya yox? Әgәr qәlbiniz boş-
dursa vә orada xәyal vә tәsәvvürlәr canlanmırsa, kiminsә,
yaxud nәyinsә sizә yol göstәrmәsini gözlәyirsinizsә, bu,
yanlışdır. Amma şüur bu qocanın mәziyyәtlәrini oyna-
mağa sövq edirsә, demәli, sәhnәyә küçәdә gördüyünüzü
yox, qәlbinizdәn gәlәni daşımış olursunuz. Oynayaca-
ğınız qoca obrazı әsla saxta alınmayacaq, küçәdә gördü-
yünüz bu adamdan aldığınız impulslar sizә yaradıcılıq
üçün geniş imkanlar açacaq. Bu, sәnәtin mühüm bir
hissәsidir. Bunu foto, yaxud surәtçıxarma adlandırmaq
düzgün deyil. Bu, yeni, bәnzәrsiz obraz yaratmaqdır.
Әgәr bütün göstәrişlәr şüurdan gәlirsә, bu, düzgündür,
yox, әgәr faktı olduğu kimi sәhnәyә daşıyırıqsa, bu, yan-
lışdır. Demәli, aktyor psixologiyası әn yüksәk sәviyyәdә
olmalıdır.

Ritm

– Ritm bu prosesdә hansı rolu oynayır? Әgәr sәh-
nәyә çıxmışamsa, müәyyәn hәrәkәtlәri etmәliyәm, an-
caq düşüncәyә qapılsam, ritm pozula bilәr...
   196   197   198   199   200   201   202   203   204   205   206