Page 196 - Peşəkar aktyorluq dərsləri
P. 196
Mixail Çexov

nüzә bәnzәyәcәk. Әgәr tәxәyyül vasitәsilә transforma-
siya olunmuş şәxsi hәyatınıza, şüurunuza yol tapsanız,
onda Otello, Yaqo, Falstafın düşüncә vә fikirlәrini gös-
tәrmәk üçün yüzlәrlә üsul tapacaqsınız. Belә oyun üçün
hәdd yoxdur vә seçimdә sәrbәstsiniz.

– Bu halda Otello kimi mәni dә düşüncәlәrdәn qo-
ruyan üsullar sәhnәdә nәsә mәnasız hәrәkәtlәr etmәk-
dәn daha yaxşıdır, deyilmi? Bu fikir niyә yanlış hesab
olunur?

– Fikir heç dә yanlış deyil, bir mәna kәsb edir. Bu
fikir bizim bәdii “necә” oynamaq anlamının әsasıdır.
Dezdemonanı öldürmәk abstrakt anlayışdır. Sәhnәdә
Dezdemonanı boğmaq istәyәndә konkret bir fikri dәrk
etmәlisiniz: bu qadını öldürmәk sizin üçün nә demәkdir?
Özü dә bu fikir sizin gündәlik fәrdi hәyat bilgilәrinizdәn
yox, bәdii düşüncә tәrzinizdәn qaynaqlanmalıdır. Şüb-
hәsiz, bunlar tam fәrqli cәhәtlәrdir. Ona görә dә Dez-
demonanı öldürmәyiniz, hәqiqәtәn, yaradıcı yanaşma
olacaq. Bu yanaşmanı şüurunuzda axtarıb tapmalısınız,
bu şüura yol isә bayaq danışdığımız cәhәtlәrdәn keçir.
Daimi konsentrasiya Dezdemonanı öldürmәk üçün sizә
özünәmәxsus üsul tapmağa kömәk edәcәk. Tәxәyyül,
psixoloji jest – üsulları burada axtarmaq lazımdır.

– Bunu Stanislavskinin bәraәti ilә müqayisә etmәk
196 olar. Real hәyatım yoxdursa, gerçәkliyi dәrk edә bil-

mirәmsә, nә etmәliyәm? Fasilәsiz hәrәkәtin açarını
tapa bilmәyәndә hansı yolu seçmәliyәm? Demәli,
bәraәt yoluna qayıtmalıyam?

– Әgәr fasilәsiz oyun nümayiş etdirә bilmirsinizsә,
burada iki yol var. Yeri gәlmişkәn, fasilәsiz oyuna yetiş-
mәk üçün kifayәt qәdәr mәşqә ehtiyacınız var. Suala bi-
   191   192   193   194   195   196   197   198   199   200   201