Page 195 - Peşəkar aktyorluq dərsləri
P. 195
m. Sizcә, doğrudan da, belәdir, yoxsa mәnә elә Peşəkar aktyorluq dərsləri
gәlir?
195
– Yox. Siz bu barәdә düşünmürsünüz.
– Tutaq ki, başqa tәrzdә danışır...
– Әsas mәsәlә odur ki, “necә” danışır vә ona qarşılıq
vermәk üçün forma seçmәkdә sәrbәstsiniz.
– Bu halda aşkar vә gizli ştamplardan necә qoruna
bilәrәm? Oyun tәrzi bәdii impulsdan daha üstün deyil-
mi?
– Kimsә zәmanәt verib sizi qoruya bilmәz. Bu, ak-
tyordan asılıdır: tamamilә ştamplarla oynayır, yoxsa on-
lara nadir hallarda müraciәt edir? Siz, hәqiqәtәn, sәhnәdә
düşünә bilәrsiniz, ancaq bu, bir növ ştampa bәnzәyәcәk.
– Mәxsusi oyun tәrzinә malik aktyor kimi, varlı-
ğımı, ruhumu xüsusi üsulla dәrk etmәk istәrdim. Am-
ma bu üsul daha real vә ştamplardan uzaq olmalıdır.
Siz necә düşünürsünüz?
– Şüurumuz daim yeni fikirlәr doğurur, әgәr, hәqi-
qәtәn, düşünürüksә, şüurda oyunun müxtәlif variantları
peyda olur. Hәr şeydәn әvvәl, әgәr şüur düşüncә ilә
mәşğuldursa, hәmin anlarda oynamağa vaxtımız qalmır.
Düşüncәnin arxasınca gedib onu dәrk etmәyә çalışdıqca
aktyora yox, küçәdәn keçәn adi adama çevrilirik. Bunun
sәnәtlә, şüurun dәrinliklәrindә yaranan fikirlәrlә heç bir
әlaqәsi yoxdur. Әgәr sәhnәdә, hәqiqәtәn, düşünürüksә,
hiss edirik ki, özümüzü itiririk vә oyun tәrzini dәyişmәyә
çalışırıq. Bu vәziyyәt bizi istәr-istәmәz ştamplara gәtirib
çıxarır. Demәli, düşünmәk üçün bizә min variant tәklif
edәn şüurumuza inanmırıq. Mәsәlәn, Otellonu oynayır-
sınız. O düşünür vә siz bunu açıb göstәrmәlisiniz. Әgәr
bacarmasanız, onda oynadığınız bütün rollar sizin özü-
   190   191   192   193   194   195   196   197   198   199   200