Page 187 - Peşəkar aktyorluq dərsləri
P. 187
akterimin mәnfi vә müsbәt cәhәtlәrindәn lazımi anda Peşəkar aktyorluq dərsləri
düzgün istifadә edә bilәcәyәm.
187
Stanislavski ilә birgә çalışdığımız illәrdә o, xüsusi
qeyd (öz fәrdi metodunu yaratdığı ilk dövrlәrdә) edirdi
ki, hәr şey daxildәn gәlir vә ona görә dә zahiri görünüşü
unutmalıyıq. Bunu mәsәlәyә birtәrәfli yanaşma kimi
qiymәtlәndirmәk olar – hәmin illәrdә biz daxilәn zәngin
idik. Amma zahirimizdә heç nә baş vermirdi, çünki zahiri
görünüşümüzdәn xәbәrimiz yox idi. Mәlum oldu ki, iki
cәhәt inkişaf etmәlidir: daxili zәnginliyә әminlik vә zahiri
görünüşünüzdәn xәbәrdar olmaq. Belәliklә, bәzi çalış-
malar kimisә ani şok vәziyyәtinә sala bilәr, ancaq bu,
tezliklә keçib gedәcәk.

– Ayağa qalxmaq istәyәndә hiss etdim ki, әlimlә
dayaq verib özümә kömәk etmәliyәm vә bu mәn-
zәrәdәn çox narazı qaldım.

– Demәli, tәxәyyül öz dәqiqliyini bәrpa etmәk üçün
mәşq edir.

– Görüntü hissinin olması vacibdirmi?
– Әlbәttә!
– Bu çalışmada görüntü vә hәrәkәtdәn savayı,
әlavә nәsә etmәk sәmәrә gәtirәrmi?
– Bu, digәr baxımdan da sәmәrәli olar: daxilimizdәki
ilham pәrisini oyadar! Mәsәlә burasındadır ki, gündәlik
hәyat tәrzimiz ilham pәrisinin qanad açmasına imkan
vermir. Qәlbimizdәki ilham pәrisindәn nәdәnsә istifadә
etmirik. Mikelancelonun heykәlinin istәnilәn hissәsini
seçib onu tәsәvvürdә canlandıra bilәrik, onu tәxәyyüldә
özümüzә izah etmәklә Mikelancelonun ilham pәrisini an-
lamaq mümkündür.
   182   183   184   185   186   187   188   189   190   191   192