Page 185 - Peşəkar aktyorluq dərsləri
P. 185
k, hәrәkәti zahirәn dayandırsaq da, daxilәn davam edә- Peşəkar aktyorluq dərsləri
cәk. Bu hәrәkәt psixoloji vә fiziki mәhdudiyyәtimizi
darmadağın edәcәk. “Uçuş” zamanı, sәhnәdә işıq saçan
aktyorda olduğu kimi, sürәt vә yüngüllük hiss edәcәk-
siniz.

ON ÜÇÜNCÜ DӘRS
Tәxәyyül

(19 dekabr 1941-ci il)

Tәsәvvürdә çiçәk obrazını canlandırın, onun әtrafında 185
dolaşıb danışın, istәdiyiniz hәrәkәti edin, amma çiçәk
obrazına әhәmiyyәt vermәyin. Sәhnәdә yalnız bir obraza
qapılıb qalmaq, bütün hәrәkәtlәri ona bağlamaq maraq-
sızdır. İfa zamanı tәxәyyülün “aura”sını yaratmaq lazım-
dır, siz bu “aura”dan keçmәlisiniz – sәnәtin möcüzәsi dә
bundan ibarәtdir.

Ayağa qalxıb hәrәkәtә hazır vәziyyәt alın, lakin bunu
tәxәyyülünüzdә edin. Sonra bu hәrәkәtlәri gerçәk yerinә
yetirin. Ardınca tәxәyyülә güc verib hәrәkәti tәkrarlayın.

İndi tәsәvvür edin ki, stulun üzәrindә qırmızı şәrf var.
Bu tәsәvvürdәn çıxış edib stulun әtrafında dolaşın. Ayaq
saxlayıb obrazı daha dәrindәn vә diqqәtlә öyrәnmәyә eh-
tiyac duyduqda, demәli, düzgün yoldasınız.

– Bu, әşyanın obyektiv vә ya subyektiv öyrәnilmәsi
üsuludur?

– Әgәr götür-qoy, yaxud tәrәddüd edirsinizsә, bu,
düzgün deyil, әgәr әşyanı әvvәlcә tәsәvvürdә canlandırıb
sonra göstәrirsinizsә, onda haqlısınız. Lakin bunları bir-
birindәn ayırmaq çox çәtindir. Çalışmalar kompleksi izah
   180   181   182   183   184   185   186   187   188   189   190